Debüt matçındakı qol sabiq "Qarabağ"lıya təklif gətirdi

"Qarabağ"ın sabiq hücumçusu Samuel Armenteros komandasını dəyişə bilər. Ötən mövsümü "Herakles"in heyətində keçirmiş 27 yaşlı futbolçu Hollandiyanın başqa klubundan təklif alıb. Belə ki, forvardın xidmətində "Vitess" maraqlıdı. Erediviziyanın son mövsümündə 29 oyunda 19 qolla yadda qalan Armenteros bununla diqqəti cəlb etməyi  bacarmışdı. İsveç yığmasında debüt etdiyi matçda (1:1) Norveçin qapısına yol tapması isə "Vitess" rəhbərliyinin fikrini qətiləşdirib. Hollandiya çempionatının ötən mövsümünü "Herakles"dən 5 pillə öndə, yəni 5-ci yerdə bitirən "Vitess" Armenterosa rəsmi təkliflə müraciət edib. Keçmiş "Qarabağ"lının daha iddialı kluba keçmək şansından yararlanacağı gözlənilir.
 
Qeyd edək ki, 2015-2016 mövsümünü "Qarabağ"da keçirmiş Samuel Armenteros Ağdam klubunun heyətində ümumilikdə 32 oyunda 11 qola imza atmışdı. Apasport.az

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR