Azərbaycan millisi uduzub Ermənistana rəqib oldu

Bolqarıstanda kişi həndbolçular arasında İnkişaf etməkdə olan ölkələrin çempionatında qrup mərhələsinin oyunları başa çatıb. İlk 2 turdan sonra aktivində 2 xalı olan Azərbaycan millisi sonuncu oyunda Kiprlə üz-üzə gəlib. Qarşılaşma həndbolçularımız üçün uğursuz alınıb. Komandamız 28:32 (13:18) hesabı ilə uduzmaqla, 1/4 final şansını dəfn edib. Rəqiblərimizdən Kiprlə yanaşı, təmsilçimizi məğlub edən Bolqarıstan da mərhələ adlayıb.
 
Buna baxmayaraq, Hikmət Abdullayevin yetirmələri yarışda mübarizəni davam etdirəcəklər. C qrupunda 3-cü olan yığmamız 9-16-cı yerlər uğrunda ilk olaraq D qrupunu xalsız başa vuran Ermənistanla oynayacaq. Aşkar zəif olan rəqiblə matç bu gün Bakı vaxtı ilə saat 15:00-da start götürəcək. Təmsilçimiz Ermənistandan güclü olarsa, İrlandiya - Malta cütünün qalibi ilə üz-üzə gələcək. Apasport.az

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR