Arda qumarda 2 lüks maşının pulunu uduzdu

Son vaxtlar başı qalmaqallardan açılmayan "Barselona"nın yarımmüdafiəçisi Arda Turanla bağlı daha bir iddia ortaya atılıb. Türkiyəli futbolçunun qumarda külli miqdarda pul uduzduğu bildirilir. Belə ki, Kataloniya radiosunun əməkdaşı Xavi Kampos 30 yaşlı oyunçunun kazinoda bir neçə saat qumar oynadığını və müəyyən məbləğdə pul itirdiyini söyləyib. O, Ardanın həmin məbləği qaytarmaq üçün yenidən oynadığını, nəticədə 2 lüks avtomobilin pulunu uduzduğunu vurğulayıb.
 
Qeyd edək ki, bir müddət əvvəl jurnalistlə qalmaqal yaşayan Arda Turan milli karyerasını başa vurduğunu açıqlamışdı. Apasport.az

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR