Prosineçkini əvəzləyən baş məşqçi bəlli oldu

"Bursaspor" klubunun yeni baş məşqçisinin adına aydınlıq gəlib.  "Ağ-yaşıllar" Pol Le Quenlə anlaşıblar. Uzun müddət Azərbaycan millisinin baş məşqçisi Robert Prosineçki ilə danışıqlar aparan Superliqa təmsilçisinin bu arzusu baş tutmayınca, rəhbərlik yeni çalışdırıcını başqa ölkədə tapıb. Belə ki, "Lion", PSJ və "Reyncers" kimi klublarda işləmiş Pol Le Quenlə danışığa başlayan türklər ilk görüşdəcə razılıq əldə ediblər. 53 yaşlı mütəxəssis yeni komandası ilə müqavilə bağlamaq üçün yaxın günlərdə Türkiyəyə yollanacaq.
 
Qeyd edək ki, Pol Le Quenin son iş yeri Oman yığması (2011-2015) olub. Apasport.az

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR