""Atletik" niyə Asensionu transfer etmədi?"

İspaniya millisinin sabiq baş məşqçisi Xavyer Klemente "Real"ın gənc ulduzu Marko Asensio barədə danışıb. Təcrübəli mütəxəsis "Atletik"i onu transfer etmədiyinə görə tənqid edib.

"Başa düşə bilmirəm, "Atletik" niyə onu heyətə cəlb etmədi. Asensio bask oğludur və bu klubda oynamaq haqqı var. Klub vaxtilə bask mənşəli emiqrantlarla bağlı məsələni müzakirə edib. Mən buna tərəfdar olmuşam. Niyə də yox? Söhbət İkinci Dünya Müharibəsi zamanı Argentina və Uruqvaya köçən basklardan gedir".

Asensio 2013-15-ci illərdə "Mallorka"da çıxış edib. Daha sonra "Real" onun transfer hüquqlarına yiyələnib. Goal.az

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR