Polşa çempionatının bombardiri Azərbaycan klubunda oynaya bilər

Polşa Ekstraklasasında çıxış edən "Jagellonia" klubunun yarımmüdafiəçisi Konstantin Vasilyevkaryerasını Azərbaycanda davam etdirə bilər. Onunla maraqlan klub avrokuboklarda mübarizə aparan komandadır. Vasilyev isə açıqlmasında bildirib ki, tez qərar vermək istəmir.

"Qərarımı bu həftənin sonuna qədər də verə bilərəm, amma gözləyirəm. "Jagellonia" ilə müqavilə başa çatıb. Klubda qalacam? Bu barədə qərar verməmişəm, tələsmək istəmirəm. Təkliflər çoxdur, götür-qoy edirəm. İyunun sonuna qədər qərarımı verəcəm". Vasilyevin qışda da Premyer Liqamıza gələcəyi gözlənilirdi. Lakin komandası çempionluq uğrunda mübarizə apardığı üçün Konstantini buraxmamışdı. Polşa mətbuatı onun xidmətində "Neftçi"nin maraqlı olduğunu iddia etmişdi. 32 yaşlı hücumameyilli yarımmüdafiəçi Polşa Ekstraklasasında mövsümün 2-ci ən yaxşı oyunçusu seçilib. O, bu mövsüm 13 qol vurub və 11 assist edib.  Goal.az

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR