Azad Rəhimov: "İslamiadada qazanılan medalların 44-ü qadın idmançılarımıza məxsusdur"

"Azərbaycan qadınları ictimai siyasi həyatda hər zaman aktiv olublar. Ölkəmiz müstəqillik qazandıqdan sonra Azərbaycanda qadınların rolu daha da artıb". SİA-nın xəbərinə görə, bunu gənclər və idman naziri Azad Rəhimov "Qızların fiziki sağlamlığı: Gələcək nəsillərin inkişafı" adlı konfransda çıxış edərkən deyib.

Ulu Öndər Heydər Əliyevin hər zaman qadınlarımızın bütün sahələrdə təmsilinə geniş əhəmiyyət verdiyini deyən nazir söyləyib ki, bu siyasət bu gün də davam edir: "Əgər 1956-cı ildə ölkəmizdə 65 min qadın idmanla məşğul olurdusa, 1965 ci ildə bu rəqəm iki dəfə artmışdı. Bu gün də qadınlarımızın marağı genişdir. Onlar ölkəmizi müxtəlif yarışlarda yüksək səviyyədə təmsil edirlər. Hazırda ölkəmizdə IV İslam Həmrəylik Oyunları keçirilir. Ölkəmiz tərəfindən qazanılan 116 medaldan 44-ü qadın idmançılarımıza məxsusdur. Bu da qadınların cəmiyyətdə tam hüquqlu olduğunun göstəricisidir". Sia.az

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Loading...

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR