Bakıda zədələnən futbolçu sağalmır

Dortmund "Borussiya"sının yarımmüdafiəçisi Andre Şürrle uzun müddətdi komandadan ayrı qalıb. Ulduz futbolçunun zədəsi sağalmaq bilmir. DÇ-2018-in seçmə mərhələsi çərçivəsində martın 26-da Bakıda keçirilən Azərbaycan - Almaniya qarşılaşmasının qəhrəmanı olan 26 yaşlı oyunçu ilə bağlı klubundan yeni açıqlama verilib. Məhz həmin görüşdə topuğundan xəsarət aldığı bildirilən Şürrle o vaxtdan bəri "Borussiya"nın heyətində meydana çıxa bilməyib. Klubun həkimləri onun hələ bir müddət də məşqlərdən kənarda qalacağını vurğulayıblar.

"Borussiya"nın baş məşqçisi Tomas Tuhel futbolçunun ağrılarının davam etdiyini deyib: "Təəssüf ki, Şürrle kollektivə bir az gec qoşulacaq. Çünki ayaq sümüyü hələ də ağrıyır".

Almaniya KİV-i milli komandanın üzvünün cari mövsümdə meydana çıxmamaq ehtimalının olduğunu da əlavə edib.

Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən Azərbaycan - Almaniya matçında Andre Şürrle 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalmışdı. Bundestimin 4:1 hesabı ilə qalib gəldiyi oyunu futbolçu əvəz edilmədən keçirmişdi. Apasport.az

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Loading...

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR