AÇ-də II gün: Olimpiya mükafatçımız tatamiyə çıxır

Cüdo üzrə Avropa çempionatı davam edir. Bu gün daha 4 çəki dərəcəsində qalib bəlli olacaq. Qadın idmançılar arasında baş tutacaq 2 çəki dərəcəsində (63 kq, 70 kq) cüdoçumuz olmasa da, kişilərin mübarizəsində 3 həmyerlimiz tatamiyə çıxacaq.
 
73 kq
Olimpiya mükafatçımız Rüstəm Orucov yarışa 1/16 finalda qoşulacaq. O, bu mərhələdə Rodolf Kurtides (Kipr) - Andre Seppa (Estoniya) cütünün qalibini gözləyir.
 
Orucov kimi Hidayət Heydərovun da ilk döyüşü 1/16 finala təsadüf edəcək. Həmyerlimiz Reqimantas Rıbinas (Litva) - Xavyer Ramires (İspaniya) duelinin qalibi ilə üz-üzə gələcək.
 
81 kq
Yığmamızın perspektivli cüdoçusu Rüfət İsmayılovun Avropa çempionatında debütü ikinci mərhələdə olacaq. O, 1/16 finalda Kristian Toniste (Estoniya) ilə güləşəcək.
 
Qeyd edək ki, yarışın ilk günündə yığmamızın üzvlərindən Orxan Səfərovla (60 kq) Nicat Şıxəlizadə (66 kq) bürünc medal qazanıblar.  Apasport.az

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR