""Mançester Yunayted"in əsas qapıçısı olmağa hazıram"

"Mançester Yunayted"in qapıçısı Serxio Romero komandanın əsas qapıçı olmağa hazır olduğunu bildirib.  Argentinalı qolkiper "Anderlext"lə oyundan öncə bunları deyib: "Komandanın 1 nömrəsi olmaq üçün imkan həmişə var. Hər həftə bunun üçün məşqlərdə gərgin çalışıram. Bu kluba böyük sınaq naminə gəlmişəm. "Mançester Yunayted" kimi qrandda ehtiyat skamyada yerin varsa, onda da ikiəlli yapışmaq lazımdır. Məşqçiyə göstərməyə çalışıram ki, komandanın əsas qapıçısı olmağa hazıram. Göstərmək istəyirəm ki, mənə ehtiyac yarandığı anda əlimdən gələni edirəm". Goal.az

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR