"Barselona"dan qol buraxmayacağımızı təsəvvür etmirdim"

"Yuventus"un canlı əfsanəsi Canluici Buffon Çempionlar Liqasının 1/4 final mərhələsində komandasının "Barselona"nı mübarizədən kənalraşdırmasına münasibət bildirib. Təcrübəli qolkiper "qoca senyora"nın səfərdə qapısını toxunulmaz saxlayacağını gözləmədiyini qeyd edib.

"Xarakter və öz qüvvəmizə inam nümayiş etdirdik. Nəticəni nəzərə almasaq, Avropanın ən yaxşı klubuna qarşı ideal oynadıq. Birinci oyundan sonra yarımfinala çıxmaq şanslarımıza inanırdım. Amma "Camp Nou"da "Barcelona"dan qol buraxmayacağımızı təsəvvür etmirdim. İnsana elə gəlir ki, bu rəqib hər an 2-3 qol vurmağa hazırdır. Bu nəticə ço şeydən xəbər verir. "Yuventus" bir neçə il öncə inkişafa başlamışdı. Eyni istiqamətdə davam etmək lazımdır. Dayanmaq olmaz". Goal.az

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Loading...

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR