Avropa çempionatı: İlk gündə 4 cüdoçumuz mübarizəyə başlayır

Bu gün Polşanın paytaxtı Varşavada cüdo üzrə Avropa çempionatına start veriləcək. Yarışın ilk günündə fərdi mübarizədə 4 azərbaycanlı cüdoçu tatamiyə çıxacaq.

Kişilər
60 kq
Bu çəki dərəcəsində ölkəmizi Orxan Səfərov təmsil edəcək. Turnirə 1/8 finaldan start verəcək Səfərovun ilk rəqibi Matyaz Trboviç (Slovakiya) / Moritz Plakfi (Almaniya) cütünün qalib olacaq.
 
66 kq
Qitə birinciliyinin ilk günündə gücünü sınayaq ikinci idmançımız isə Nicat Şıxəliyev olacaq. Çempionata 1/16 finaldan başlayacaq idmançımız ilk olaraq almaniyalı Manuel Şeybeli yolundan kənarlaşdırmalıdı.
 
Qadınlar
48 kq
Aişə Qurbanlı 1/16 finalda türkiyəli Gülkader Şentürk ilə üz-üzə gələcək.
 
52 kq
Bu çəkidə yarışan Nəzakət Əzizova da 1/16 final mərhələsində macarıstanlı Reka Pupp ilə üz-üzə gələcək. Apasport.az

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR