Ronaldu: "Məni fitə basmasınlar"

"Bavariya" mükəmməl komandadır. Ancaq biz "Real"ıq. Birinci hissədə bir və ya iki qol vura bilərdik. "Real" çətin qələbə qazanmağa öyrəşib.  Bu sözləri "Real"ın futbolçusu Kriştianu Ronaldu Çempionlar Liqasının 1/4 finalında "Bavariya"ya 4:2 hesabı ilə qalib gəldikləri oyundan sonra deyib. O, yarımfinala layiq olduqlarıbı bildirib: "Şübhəsiz ki, bu görüşdə də yaxşı çıxış etdik. "Bavariya" kimi bir kluba 6 qol vurmaq asan deyil. Növbəti mərhələyə yüksəlməyə layiqik". O, ilk qolu vurduğu 76-cı dəqiqəyə qədər Madrid klubunun bəzi azarkeşlərinin onu fitə basmağına münasibət bildirib: "Adımı bir küçəyə vermələrini istəyirəm? Xeyr. Bircə məni fitə basmasınlar. Hər zaman ən yaxşı oyunumu nümayiş etdirməyə çalışıram. Qol vurduğum üçün xoşbəxtəm". Qol.az

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Loading...

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR