"Leipzig" Çempionlar Liqasında oynamaya bilər

"Leipzig" klubu Almaniya Bundesliqasında Çempionlar Liqasına vəsiqə verən ilk 4-lükdə yerini təmin etməsinə baxmayaraq, gələn mövsüm Avropanın bir nömrəli klub turnirində iştirak etməyə bilər. Bu barədə BBC məlumat yayıb. Buna səbəb UEFA-nın avrokuboklarda eyni rəhbəri olan iki klubunun iştirakının qadağan olunmasıdır. Belə ki, "Red Bull" şirkəti "Leipzig" ilə "Zalsburg" klublarının sahibidir. Hansı klubun turnirdə iştirak edəcəyinə mövsümün sonunda UEFA qərar verəcək. Goal.az

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR