Simeone İtaliyaya köçə bilər

"Atletiko"nun baş məşqçisi Dieqo Simeone İtaliyaya köçə bilər. "İnter" klubu argentinalı çalışdırıcının xidmətində maraqlıdır. "Neradzurra" hazırkı baş məşqçi Stefano Pioli ilə mövsümün sonunda vidalaşmağı planlaşdırır. Milanlılar Simeoneyə 5 illik müqavilə təklif etməyə hazırlaşırlar. 47 yaşlı mütəxəssis bu təklifi qəbul etsə, ildə 10-11 milyon avro məvacib alacaq.

2011-ci ildən "Atletiko"nu çalışdıran Simeone Madrid klubuna İspaniya çempionluğu, ölkə kuboku və Superkuboku, həmçinin Avropa Liqası və UEFA Superkubokunu qazandırıb. Bundan əlavə, Simeonenin rəhbərliyi altında "Atletiko" 2 dəfə Çempionlar Liqasının finalına yüksəlib. Goal.az

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR