Prosineçki "Valensiya"nı çalışdıracaq?

Millimizin baş məşqçisi Robert Prosineçki üçün növbəti iddia ortaya çıxıb. İspaniyanın "Valensiya" klubu xorvatiyalı mütəxəssisi baş məşqçi postuna gətirməyi düşünür.
 
Prosineçkinin türkiyəli agenti Yaşar Çalışır ötən günlərin birində İspaniyaya yollanıb və klubun rəhbərliyi ilə görüşüb.
 
Son bir ərzində baş məşqçilərini əlcək kimi dəyişən klub rəhbərliyi bu problemi Prosineçki ilə yoluna qoymaq istəyir.
 
Bundan əlavə, Türkiyənin "Bursaspor" və "Konyaspor" klubları da 48 yaşlı mütəxəssisi baş məşqçi vəzifəsində görmək istəyirlər. "Qafqazinfo" "Kicker"ə istinadən xəbər verir.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Loading...

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR