Üç güləşçimiz Qazaxstanda keçirilən beynəlxalq turnirdə iştirak edəcək

Aprelin 20-22-də Qazaxstan Respublikasının Çimkənd şəhərində akademik Safarbayevin xatirəsinə həsr olunmuş yunan-Roma güləşi üzrə XXIV beynəlxalq turnir keçiriləcək. Bu barədə məlumat "OLAYLAR"-a AGF-dən daxil olub. Bildirilib ki, turnirdə böyüklərdən ibarət yunan-Roma güləşi üzrə yığma komandamızın 3 üzvü iştirak edəcək. Məşqçi Turac Hüseynlinin rəhbərliyi altında Eldəniz Əzizli (59 kq), Azad Əliyev və Rövşən Tağıyev (hər ikisi 66 kq) turnirdə mübarizə aparacaq.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Loading...

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR