Xorvatiya gimnastı: "Bakıdakı Dünya Kuboku idman gimnastikası üzrə Dünya Kuboklarının ən yaxşılarından biridir"

"Bakıda keçirilən Dünya Kuboku idman gimnastikası üzrə Dünya Kuboklarının ən yaxşılarından biridir". Bunu  Bakıda keçirilən idman gimnastikası üzrə Dünya Kuboku yarışlarında Xorvatiyanı təmsil edən gimnast Tin Srbiç deyib.

Xorvatiyalı idmançı deyib: "Bakıya ikinci ildir ki, gəlirəm. Qeyd etmək istəyirəm ki, təşkilatçılıq çox yüksək səviyyədədir. Arena burda çox böyükdür, idmançılar üçün lazım olan bütün hər şey var. Ümumiyyətlə, bu Dünya Kuboku iştirak etdiklərim arasında ən yaxşılardan biridir".

Çıxışına toxunan gimnast finala çıxmağa ümid etdiyini bildirib: "Bu Dünya Kubokunda mən ancaq turnik üzərində hərəkətlərdə iştirak edirəm. Üç rotasiyadan sonra dördüncü olacam. Pis çıxış etmədim. Doğrudur, bacarığımın hamısını göstərə bilmədim, amma finala çıxacağıma ümid edirəm". Trend.az

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Loading...

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR