"Bavariya"nın yoldaşlıq oyunları keçirəcəyi klublar bilindi

"Bavariya"nın 2017-ci ilin yayı üçün yoldaşlıq oyunları keçirəcəyi klublar müəyyənləşib.  Münhen təmsilçisi 19-27 iyulda 4 klubla qüvvəsini sınayacaq. Ən diqqətçəkən qarşılaşma Bundesliqa çempionunun "Arsenal"la dueli olacaq. Belə ki, Çempionlar Liqasının 1/8 final mərhələsində münhenlilər bu komandanı ümumi hesabda 10:2 məğlub etmişdilər. Mövsümöncəsi hazırlıq dövründə "Bavariya" Çin və Sinqapura gedəcək. "Bayern" nümayəndələri Çində 135 milyon klub azarkeşinin olmasını nəzərə alıb.  Goal.az

Hazırlıq oyunları:

19 iyul - "Arsenal"

22 iyul - "Milan"

25 iyul - "Çelsi"

27 iyul - "İnter"

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR