Futbolun zirvəsindən zirzəmisinə...

Qanalı məşhur futbolçu Maykl Essyen gözlənilməz transferlə diqqət mərkəzinə düşüb. 34 yaşlı oyunçu İndoneziyanın "Persib Bandung" klubuna transfer olunub. O, 1+1 illik müqaviləyə imza atıb.

Qeyd edək ki, M.Essyen bir vaxtlar Avropanın "Real", "Çelsi", "Milan", "Lion" kimi məşhur klublarında çıxış edib. O, son olaraq ötən mövsüm Yunanıstanın "Panatinaikos" klubunda oynayıb. Əlavə edək ki, hazırda İndoneziya FİFA reytinqində 167-ci yeri tutur. Qol.az

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR