Verratti "Monako"nun futbolçularını qabaqladı

PSJ-nin yarımmüdafiəçisi Marko Verratti Fransa 1-ci Liqasında fevral ayının ən yaxşı futbolçusu seçilib. İtalyan yarımmüdafiəçi azarkeşlərin 38% səsini toplayaraq "Monako"dan Mbappe (37%) və Radamel Falkaonu (25%) qabaqlayıb. Bu barədə Liqanın rəsmi saytı məlumat yayıb. Fevralda PSJ-nin heyətində 3 çempionat oyununa çıxan Verratti 2 məhsuldar ötürmə verib. Paris klubu bu oyunların 2-ni qələbə, 1-ni bərabərliklə başa vurublar.  Goal.az

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Loading...

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR