Azərbaycan birinciliyi keçirilir

Bakı İdman Sarayında yeniyetmələr arasında sərbəst və yunan-Roma güləşi üzrə Azərbaycan birinciliyi start götürüb. AGF-dən "OLAYLAR" -a bildirilib ki, yarışın keçirilməsində əsas məqsəd ölkə ərazisində güləş idman növünün təbliği və inkişafına nail olmaq, respublikada fəaliyyət göstərən idman təşkilatlarında təlim-məşq prosesini təkmilləşdirmək və müvafiq yaş qrupu üzrə mükafata layiq yerlər tutmuş idmançıları yığma komandalara cəlb etməkdir. Yarışda klub və cəmiyyətlərin yığma komandalarının üzvü olan 2000-2001-ci il təvəllüdlü idmançılar iştirak edir. İlk yarış günündə 42, 46, 50, 54, 58 və 63 kq çəki dərəcələrində yunan-Roma güləşi üzrə 166 pəhləvan mübarizə aparır. Hər çəki dərəcəsində mükafata layiq yerlər tutmuş idmançılar medal və diplomla yanaşı, AGF tərəfindən pul mükafatı ilə də təltif olunur və yığma komandanın heyətinə cəlb olunur. Martın 15-də 69, 76, 85 və 100 kq çəkidə yunan-Roma güləşçiləri ilə yanaşı, 42, 46 və 50 kq çəkidə sərbəst güləşçilər də mübarizə aparacaq. Yarışların son günündə isə, 54, 58, 63, 69, 76, 85 və 100 kq çəki dərəcəsində sərbəst güləşçilər xalça üzərində çıxacaq.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR