Almaniya Azərbaycanla oyun üçün heyəti bu tarixdə açıqlayacaq

Futbol üzrə Almaniya milli komandasının heyətinin açıqlanacağı tarix müəyyənləşib. Baş məşqçi Yoahim Löv yığmaya dəvət edəcəyi futbolçuların adlarını martın 17-də bildirəcək.

2017-ci ildə ilk dəfə açıqlanacaq heyətdə zədə səbəbindən Dortmund "Borussiya"sının hücumçuları - Marko Roysla Mario Götse və İngiltərənin "Mançester Siti" komandasından yarımmüdafiəçi İlkay Gündoğan yer almayacaqlar. "Bavariya"nın müdafiəçisi Jerom Boatenqin durumu isə sual altındadır. Əvəzində "Leyptsiq"in hücunmçusu Timo Verner və "Herta"nın müdafiəçisi Niklas Ştark ilk dəfə Almaniya yığmasının düşərgəsinə dəvət ala bilərlər.

Qeyd edək ki, martın 22-də Almaniyada İngiltərə millisi ilə yoldaşlıq görüşü keçirəcək Yoahim Lövün rəhbərlik etdiyi kollektiv martın 26-da 2018-ci il dünya çempionatnın seçmə mərhələsi çərçivəsində Azərbaycan yığmasının qonağı olacaq. Bakıdakı Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunacaq qarşılaşma saat 20:00-da başlanacaq. Goal.az

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR