""Bavariya" ikinci hissədə forsajı qoşdu"

İngiltərə yığmasının sabiq müdafiəçisi Rio Ferdinand maraqlı açıqlaması ilə diqqət çəkib.

Hazırda ekspert kimi çalışan "Mançester Yunayted"in keçmiş futbolçusu Çempionlar Liqasında (ÇL) baş tutmuş "Bavariya" - "Arsenal" matçı (5:1) barədə fikirlərini bildirib.

Ferdinand həmvətənlərinin "Bavariya" önündə aciz duruma düşdüyünü qeyd edib: "Fasilədə oyunun 5:1 hesabı ilə bitəcəyini düşünmədim. "Bavariya" ikinci hissədə forsajı qoşdu, "Arsenal"ın futbolçuları isə çarəsiz görünürdülər. Cavab vermək üçün mübarizə göstərmədilər. Futbolçular istəkli olduqlarını göstərməlidirlər. Amma "Bavariya" ilə matçda "Arsenal"ın üzvləri bunu edə bilmədilər. Məni ən çox məyus edən də bu oldu. "Arsenal" rəhbərliyi komandanın qarşısına hansı tapşırığı qoyub? Sadəcə, ÇL-ə çıxmaq, yoxsa ÇL və Premyer Liqanın qalibi olmaq? Arsen Venger karyerasının bu dönəmini yada salanda çox məyus olacaq".
 
Qeyd edək ki, "Arsenal" və "Bavariya" arasındakı cavab qarşılaşması martın 7-də keçiriləcək.   Apasport.az

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Loading...

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR