Sərbəst güləşçilərimiz Dünya Kubokunda yarışacaq

16-17 fevral tarixlərində İranın Kirmanşah şəhərində sərbəst güləş üzrə böyüklər arasında Dünya Kuboku yarışarı keçiriləcək. AGF-dən "OLAYLAR"-a bildirilib ki, püşkatmanın nəticəsinə əsasən, yığma komandamız Rusiya, Gürcüstan və ABŞ idmançıları ilə A yarımqrupunda mübarizə aparacaq. İran, Türkiyə, Hindistan və Monqolustan komandaları isə B yarımqrupunda yarışacaq. Yığma komandanın baş məşqçisi Firdovsi Umudov, böyük məşqçi Zəlimxan Hüseynov, məşqçilər Arif Abdullayev və Sadruddin Ayqubovun rəhbərliyi altında 12 güləşçimiz Kirmanşaha yollanıb. Yarışın proqramına əsasən, fevralın 16-da yarımqrup görüşləri, 17 fevralda isə final görüşləri keçiriləcək. Görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakim Sədi Quliyev təmsil edəcək.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Loading...

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR