Rəmzi Fayez: “Formula 1 yarışları Azərbaycanın turizm sənayesinə təkan verən amillərdəndir” 

"Formula 1 Qran Prisi irimiqyaslı idman yarışlarından biridir. Bu yarışın böyük üstünlükləri var. Həmin üstünlüklərdən biznes sahəsi də yararlanmalıdır". Bunu Beynəlxalq  Bəhreyn Avtodromunun Əməliyyatlar direktoru Rəmzi Fayez deyib.

O qeyd edib ki, ötən il Azərbaycanda keçirilən Formula 1 üzrə Avropa Qran Prisi yüksək səviyyədə təşkil olunmuşdu: "Yüksək təşkilatçılıqla keçirilən yarışı 400 milyon tamaşaçı izlədi. Onlar təkcə yarışı deyil, həmçinin Bakı şəhərini gördülər, bu şəhərlə tanış oldular və mənzərələrini seyr etdilər. Buna görə Formula 1 yarışları Azərbaycanın turizm sənayesinə təkan verən amillərdəndir".

R.Fayez qeyd edib ki, bu il keçiriləcək Azərbaycan Qran Prisində də Bəhreyndən könüllü marşallar iştirak edəcək: "Ötən il Bəhreyndən  Azərbaycana çox sayda könüllü marşallar gəlmişdi. Onlar yerli marşallarla çox  gözəl ünsiyyət qurmuşdular, şəhər çox xoşlarına gəlmişdi. Azərbaycanın yerli marşalları da yarışa uğurla hazırlaşmış və çox gözəl təlim keçmişdilər. Bu il də Bəhreyndən Azərbaycana könüllü marşallar gələcək. Ancaq bu dəfə onların sayı az olacaq. Çünki işimizin fəlsəfəsi ondan ibarətdir ki, Azərbaycanda yerli marşalları hazırlayaq və marşallıq işini tam şəkildə onlara ötürək. Gələn ildən etibarən yerli marşallar bu işi tam şəkildə özləri yerinə yetirəcəklər". Sia.az

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR