Luis Enrike: "Cavab oyununda 5 qol vurmalıyıq"

"Barcelona" Çempionlar Liqasının 1/8 final mərhələsində keçirdiyi ilk oyunda PSG tərəfindən darmadağın olunub - 0:4. Matçdan sonra katalonların baş məşqçisi Luis Enrike bu nəticəyə görə özünü günahkar görüb.

"Hər şey sadədir. Rəqib topla və topsuz bizdən daha yaxşı oynadı. Nəticə meydanda baş verənləri tam əks etdirir. Uzun izahata ehtiyac görmürəm. İdmanda belə problemlər ortaya çıxır. Məğlubiyyətə görə məsuliyyəti öz üzərimə götürürəm. Məşqçi günahkardır. Komanda bir neçə gün öncə qalib gələn futbolçulardan ibarətdir. Birinci hissədən sonra (0:2) işimiz çətin idi. Vəziyyəti düzəltməyə çalışdıq, nəticədə daha 2 qol buraxdıq. PSG-nin oyunu məni təəccübləndirmədi. Onların pressinq edəcəyini matçdan əvvəl deyirdim. Təkbətək mübarizələri uduzduq. PSG gözlədiyimiz kimi oynadı və ən yaxşı futbolunu göstərdi. Amma ümidimzi itirmirik. Cavab oyununda 5 qol vurmalıyıq. Futbolçularıma tam güvənirəm".

1/8 finalın cavab oyunu 8 martda "Camp Nou"da baş tutacaq. Qeyd edək ki, Avrokuboklar tarixində heç bir komanda ilk oyunda 4 cavabsız qolla uduzandan sonra mərhələ adlaya bilməyib. Goal.az

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR