Milli futbolçunun qardaşı stadionda can verdi

Henri Obiekvu futbol matçı zamanı infarkt keçirib. Futbolçunun dərhal xəstəxanaya çatdırılmasına rəğmən, həyatını xilas etmək mümkün olmayıb. Şahidlərin dediyinə görə, Enuqu şəhərində hazırlıq matçı zamanı "Samba FC" klubunda meydana çıxan Henri sinəsində sərt ağrıların olduğunu bildirərək əvəzlənməsini istəyib. Həmin an yerə yıxılan futbolçu ayağa qalxa bilməyib.

Qeyd edək ki, Henri Obiekvu Nigeriya milli komandasının futbolçusu Kinqsli Obiekvunun qardaşıdır.  Bu barədə Milli.az Milliyet-ə istinadən xəbər verir.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Loading...

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR