"Ronaldunun baxışlarını seyr edəcəm"

"Napoli"nin qapıçısı Pepe Reyna maraqlı açıqlaması ilə diqqət çəkib. İspaniyalı qapıçı Çempionlar Liqasının 1/8 final mərhələsi çərçivəsində "Real"la baş tutacaq görüşlərdə Kriştianu Ronaldu ilə duelə hazırdır.

Reyna madridlilərlə matçlarda qapısına penalti təyin olunacağı halda, Ronaldunun zərbəsini dəf edə biləcəyini qeyd edib.
 
34 yaşlı qolkiper həmin məqamda necə davranacağını indidən müəyyənləşdirib: "Penalti zərbəsi vurulanda ilk növbədə konsentrasiyalı olmalıyam. Bundan əlavə, o məqamda Ronaldunun baxışlarını diqqətlə seyr etmək lazım gələcək. Belə anlarda çox amil rol oynayır. Bilirəm ki, Ronaldu kimi təcrübəli futbolçu istənilən halda əsəbləşməyəcək".

Qeyd edək ki, "Real" və "Napoli" arasındakı ilk görüş sabah Madriddə, cavab qarşılaşması isə martın 7-də Neapolda keçiriləcək. Apasport.az

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR