Almaniya futbol klubunu aparan təyyarəni şimşək vurdu

Qış təlim-məşq toplanışı üçün Türkiyənin Antalya şəhərinə gedən Almaniya futbol komandasını aparan təyyarəni şimşək vurub.

Hadisə Almaniya 3-cü liqasında çıxış edən "Erfurt" komandasının olduğu təyyarədə baş verib. Nəticədə təyyarə məcburi şəkildə Muğlanın Dalaman kəndinə enib. Şiddətli yağış və fırtına səbəbindən təyyarə havaya qalxa bilməyib.

Komandada vəziyyətin yaxşı olduğu və ciddi problem yaşanmadığı bildirilib.

Publika.az

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Loading...

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR