Yunan-Roma güləşçilərinin reytinq siyahısında 9 güləşçimizin adı var

Dünya Güləş Birliyi ötən ilin yekunlarına əsasən 2017-ci ilin ilk reytinq siyahısını açıqlayıb. AGF-dən "OLAYLAR"-a bildirilib ki, Yunan-Roma güləşi üzrə reytinq siyahısında 9 güləşçimizin adı yer alıb. Onlardan 7-si ilk onluğa daxil olub. Olimpiya Oyunlarının bürünc medalçıları Rəsul Çunayev (66 kq) reytinqdə 3-cü, Sabah Şəriəti (130 kq) isə 4-cü yerdədir. Dünya çempionatının bürünc medalını qazanan Həsən Əliyev (71 kq) də öz çəkisində 3-cü sırada qərarlaşıb. Onluğa daxil olan digər güləşçilərdən Rövşən Bayramov (59 kq) 6-cı, Rafiq Hüseynov (80 kq) 7-ci, Elvin Mürsəliyev (75 kq) və İslam Abbasov (85 kq) isə 8-ci yerdədir.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Loading...

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR