İdmançılarımız Açıq Gürcüstan Çempionatında bürünc medala sahib olublar

Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının (FAİREX) idmançıları 24-30 iyun 2015-ci il tarixlərində Gürcüstanın Svanetiya bölgəsinin Lentexi ərazisində keçirilən Açıq Gürcüstan Çempionatında iştirak edib. İdman dırmanmasının sürət növü üzrə estafet yarışında Azərbaycan idmançıları fəxri kürsünün 3-cü pilləsinə layiq görülüb. Qaliblərə Gürcüstan Milli Dağçılıq Federasiyasının kubok və medalları təqdim olunub.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

DİGƏR XƏBƏRLƏR