İdman Dırmanmasının Açıq Ölkə Çempionatı uğurla başa çatıb

Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyası (FAİREX) və "Qərb Universiteti" İdman Klubunun təşkilatçılığı ilə 31 may 2015-ci il tarixində "Qərb Universiteti" İdman Klubunun İdman Bazasında keçirilən İdman Dırmanmasının Sürət Növü üzrə Açıq Ölkə Çempionatı uğurla başa çatıb. Çempionatda idmançılar qarşılarına qoyduqları məqsədə müvəffəq olmaq üçün qətiyyət, məharət və ustalıq nümayiş etdiriblər.
Maraqlı və gərgin idman mübarizəsi şəraitində keçən Çempionatı ən yüksək sürətlə başa vuran idmançılar qalib adına layiq görülüblər.
İdman Dırmanmasının Sürət Növü üzrə Açıq Ölkə Çempionatının sonunda qaliblərə Gənclər və İdman Nazirliyinin diplomu, Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının kubok və medalları təqdim olunub.
Çempionatın nəticələrini təqdim edirik:
Oğlanlar
I yer-Ramel Rəhimxanov
II yer-Zöhrab Şahbalayev
III yer-İlham İsrafilov
Qızlar
I yer-Reyhan Məmmədova
II yer-Sima Səfərova
III yer-Şahidə Qasımova
Çempionatda komandalar arası yarışda ümumi nəticələrə görə "Ekosport" klubu I, "FHN" klubu II, "Rock Stone" klubu isə III yerə çıxıb.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

DİGƏR XƏBƏRLƏR