Azərbaycan bayrağını öpən güneyli gənc həbsə məhkum olunub

‎"İran İslam Respublikası əleyhinə təbliğat aparmaq"da ittihamlandırılan güneyli milli fəal Camal ‎Musəvinejad bir il həbs cəzanına məhkum olunub.‎

İranın Şərqi Azərbaycan Ostanının ‎Apellyasiya Məhkəməsi həmin qərarı təsdiqləyib.‎ Maraqlı burasıdır ki, milli fəala qarşı ittihamlar arasında Azərbaycan bayrağını öpmək və bu ‎bayrağa ‎sayğı göstərmək də var.‎ Musəvinejadın dediyinə görə, məhkəmənin qərarı onun sosial mediadakı fəaliyyətlərinə və ‎şəxsi ‎kompüterində saxlanılan materiallara, o cümlədən Azərbaycan bayrağını öpərkən çəkilən ‎bir ‎şəkilinə əsaslanıb.‎

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR