İranda qadınların mini yubkaları çayları da qurudur...

Britaniyanın "The Guardian" qəzeti İranda qadınların açıq-saçıq geyimi ucbatından "çayların quruması" barədə yazır. Məqalədə deyilir ki, İranın vəzifəli ruhanilərindən biri - Seyyid Yusif Təbatəbayi-Nejadın fikrincə İran qadınlarının "abırsız" geyimii ölkə çaylarının qurumasına səbəb olur.

İsfahanda cümə namazına başçılıq edən ayətullah Təbatəbayi əxlaq polisini hicaba düzgün əməl etməyən qadınların həbsinə çağırıb və deyib ki, belə qadınların mənəviyyatsız davranışı ətraf mühitə dağıdıcı təsir göstərir.

Bu həftə keçirilən ibadət zamanı ayətullah deyib: "Mənim ofisimə suyu qurumuş Zəyəndərud çayının sahilində sanki Avropadaymışlar kimi şəkil çəkdirmiş qadınların fotoları çatdırılıb. Bu çayın qurumasına səbəb elə bu sayaq davranışlardır" - ruhani İSNA agentliyinə deyib.

"Mən Kommunikasiya Nazirliyinə bu cür ədəbsizlik hallarını yayan şəbəkələri ifşa etməyə çağırmışam. Bunu etməsəydim, deməli vəzifəmin öhdəsindən gəlməzdim. Kommunikasiya Nazirliyi bu adamları tapıb boğmalıdır" -ayətullah bildirib.

Təbatəbayi deyib ki, bu cür halları görəndə onları təkcə müzakirə etməklə iş bitmir."Polis bu əxlaqsızlığın kökünü kəsmək üçün Hizbullahi qüvvələrdən istifadə etməlidir" -Təbatəbayi deyib.

"The Guardian" yazır ki, Təbatəbayinin bəyənatı İranda "əxlaq polisi" üzvlərinin sayının artırılması və düzgün hicablanmayan qadınların həbsinni genişlənməsi ilə eyni avvaxta təsadüf edib.

Qəzet yzır ki, "əxlaq polisi hətta maşınında ucadan musiqi oxudanları da cəzalandıra bilər"."The Guardian" yazır ki, imam Təbatəbayi-Nejadın bəyanatları İran Milli Müqavimət Şurası tərəfindən kəskin tənqid olunub.Qrupun xarici işlər komitəsinin üzvü Afşin Ələvi deyib ki, bu bəyənatlar teokratik rejimin zehniyyətini nümayiş etdirir və bu, İŞİD-in ideologiyasından heç də fərqli deyil.

"Bu zehniyyətin məhək daşı qadınlara nifrətdir" -sözçü deyib.Afşin Ələvinin fikrincə, rejim təkləndikcə daha qəddar repressiya metodlarına əl atır.

Bundan əvvəl imam bəyan etmişdi ki, kişilərin işdə olduqları vaxt qadınlar evdə oturmalıdırlar.O həmçinin ölkənin geyim məcəlləsini pozan qadınlara qarşı zorakılıqları dəstəklədiyini bildirib. (BBC)

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

DİGƏR XƏBƏRLƏR