"Urmiya gölündə suyun səviyyəsində 10 sm artım müşahidə olunur" - İran prezidenti

"İran müxtəlif etnik qruplar üçün qardaşlıq və birlik ölkəsidir".

Bunu İran prezidenti Həsən Ruhani mərkəzi Urmiya şəhəri olan Qərbi Azərbaycan vilayətinə səfəri zamanı deyib.
O bildirib ki, İrandakı Azərbaycan vilayətləri, xüsusilə qərbi Azərbaycan vilayəti müsəlman və qeyri-müsəlmanların, şiə və sünnilərin, türk və kürdlərin sülh şəraitində birgə yaşamasının simvoludur: "Bu vilayət Türkiyə, İraq və Azərbaycanla 967 km sərhədə malikdir, bura İranın regiondakı ölkələrə ixracının əsas terminalı olmalıdır".
İran prezidenti Urmiya gölünün quruması və xilası prosesindən də danışıb: "Seçki kampaniyasında söz vermişdim ki, mənim hökumətim Urmiya gölünün xilası üçün işlərə başlayacaq. Mən sözümü yerinə yetirdim. İndi həyata keçirilən layihələr, səylər və insanların köməyi ilə Urmiya gölündə 10 sm su artımı müşahidə olunur".
İran prezidenti bildirib ki, hazırkı səylər effektli olmasaydı, göl 4 ildən sonra bataqlığa çevrilə bilərdi./APA

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

DİGƏR XƏBƏRLƏR