Britaniya aeroportlarında Zika QORXUSU

Zika virusu ilə yoluxmuş ölkələrdən gələn avialaynerlər Brtitaniya aeroportlarına eniş etdikdən sonra xüsusi kimyəvi proseslərdən keçiriləcək. SİA xəbər verir ki, bu barədə The Guardian qəzeti yazır. Məqsəd, yoluxucu virusu yayan ağcaqanadların Britaniya ərazisinə düşməməsidir.

Beynəlxalq Səhiyyə Təşkilatı isə ötən gün müraciət ünvanlayaraq bildirib ki, Zika virusu ölkələrindən öz vətənlərinə dönənlər donor kimi qan vermək fikirlərini ən azı bir ay müddətinə təxirə salsınlar. Artıq ABŞ-ın səhiyyə orqanları bu barədə qərar qəbul edib. 
Braziliyanın səhiyyə strukturları isə bu kimi halla iki dəfə rastlaşdıqlarını bildiriblər. Qeyd olunur ki, Zika virusu ilə yoluxmuş iki nəfər qana ehtiyacı olan xəstələrə donorluq etidblər və nəticədə Zika həmin xəstələrə də yoluxub. Hər iki insident San-Paulu ştatının Kampinas şəhərində baş verib.
Xatırladaq ki, bugünlərdə Texas ştatının səhiyyə qurumları bəyan etmişdilər ki, Zika yalnız ağcaqanadın dişləməsi ilə deyil, o cümlədən cinsi əlaqə nəticəsində də insandan-insana yoluxur. 

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

DİGƏR XƏBƏRLƏR