ABŞ-da əlillər mərkəzində atışma: 14 ölü, 17 yaralı

ABŞ-ın Kaliforniya ştatında silahlı insident baş verib.

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, hadisə San-Bernardino şəhərində məhdud fiziki imkanlı insanlar üçün mərkəzdə baş verib.qeydə alınıb.

Silahlı insident nəticəsində 14 nəfər ölüb, 17 nəfər yaralanıb. Bu barədə yerli polis idarəsinin rəisi Cerrod Burquan bildirib.

Onun sözlərinə görə, hücumda şübhəli bilinən iki nəfər (1 kişi və 1 qadın) polislə atışma zamanı öldürülüb: "Onlar avtomat silah və tapançalarla silahlanmışdı, kamuflyaj geyimində idilər. Daha bir şəxs hadisə yerindən qaçmaq istəyərkən yaxalanıb. Hadisəni törədənlərdən birinin şəxsiyyəti artıq müəyyənləşdirilib. Son məlumatlara əsasən, insident nəticəsində 14 nəfər ölüb, 17 nəfər yaralanıb".

Hadisənin terror aktı olub-olmaması barədə məlumat verilmir. Silahlı insidentin baş verdiyi mərkəzdə müxtəlif kateqoriyalardan olan əlillərə, əqli və fiziki qüsurlu insanlara yardım göstərilir. Qeyd olunur ki, insident baş verən gün mərkəzdə bayram tədbiri keçirilirmiş.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

DİGƏR XƏBƏRLƏR