Enerji Məsələlərini Tənzimləmə Agentliyi ERRA-ya assosiativ üzv seçilib

Bu gün Rusiya Federasiyasının Soçi şəhərində Enerji Məsələlərini Tənzimləmə Orqanlarının Regional Birliyinin (ERRA) iclası keçirilib.

Energetika Nazirliyindən "APA-Economics"ə verilən məlumata görə, tədbirdə Azərbaycanı Enerji  Məsələlərini Tənzimləmə Agentliyinin sədri Samir Axundovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib. İclas çərçivəsində Enerji Məsələlərini Tənzimləmə Agentliyi  quruma assosiativ üzv seçilib və assosiativ üzvlük haqqında şəhadətnamə təqdim edilib.

Qeyd edək ki,  hazırda 30 həqiqi və 7 assosiativ üzvü olan ERRA,  ilk növbədə Avropa, Asiya, Afrika, Orta Şərq ölkələrinin və ABŞ-ın enerji məsələlərini tənzimləyən orqanlarını özündə birləşdirən könüllü təşkilatdır. Təşkilat 1999-2008-ci illərdə ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin  (USAID) maliyyə dəstəyi ilə yaradılıb. 2001-ci ildə  təşkilat Macarıstanda rəsmi qeydiyyatdan keçib və katibliyi  Budapeşt şəhərində yerləşir.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR