Hasilat Sənayesində Şəffaflıq üzrə hesabatı hazırlayacaq qalib şirkətin adı açıqlanıb

Azərbaycan Dövlət Neft Fondunda Hasilat Sənayesində Şəffaflıq (HSŞ) üzrə Komissiyanın vətəndaş cəmiyyəti, beynəlxalq təşkilatların, ölkədə fəaliyyət göstərən hasilat şirkətlərinin nümayəndələrinin iştirakı ilə növbəti iclası keçirilib.

Neft Fondundan verilən məlumata görə, iclasda 2017-ci ili əhatə edən ümumiləşdirilmiş HSŞ hesabatının hazırlanması üzrə İşçi Qrup tərəfindən HSŞ üzrə Komissiyanın və xarici və yerli şirkətlərin təqdim edəcəyi hesabatları təhlil edilərək üzləşdirmək və 2017-ci ili əhatə edən ümumiləşdirilmiş HSŞ hеsаbatının hazırlanmasını həyata keçirmək məqsədilə HSŞ üzrə Komissiyanın Xidmət Təklifləri Sorğusu yolu ilə elan etdiyi satınalma müsabiqəsinin I mərhələsində iştirak edən müstəqil və ixtisaslaşmış auditor təşkilatlarının texniki və ixtisas göstəriciləri ilə bağlı Rəy Komissiyaya təqdim edilib. 2017-ci ili əhatə edən ümumiləşdirilmiş HSŞ hеsаbatının hazırlanması ilə bağlı müsabiqədə "Baker Tilly", "Moore Stephens" və "Grant Thornton" audit şirkətləri iştirak edib.

Komissiya üzvləri tərəfindən müsabiqədə iştirak edən audit şirkətlərinin qiymət təklifləri açıldıqdan sonra İşçi Qrupun Rəyi də nəzərə alınaraq 2017-ci il üzrə ümumiləşdirilmiş HSŞ hеsаbatının hazırlanması məqsədilə "Baker Tilly" şirkəti qalib elan edilib. Trend.az

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR