YARADAN- Akif ƏLİ

  Akif ƏLİ

  Y A R A D A N

  ( S e ç i l m i ş l ə r )

Bakı-2019

***

Fəlsəfə doktoru, Əməkdar jurnalist, yazıçı-publisist Akif  ƏLİ-nin yeni kitabına müəllifin ilk yaradıcılığa başladığı ötən əsrin 70-ci illərindən, ən son dövrlərədək qələmə aldığı elmi-ədəbi-bədii yazılarından  seçmələr daxil edilib. Burada oxucular  müəllifin elmi-publisistik məqalələri, nəsr və dram əsərləri, kino-tele-radio ssenariləri və satirik-yumoristik miniatürləri ilə yanaşı, müxtəlif fikir və düşüncələri, deyim və müşahidələri ilə də tanış ola biləcəklər. Kitabda müxtəlif  janrlı yazıların qələmə alındığı dövrə uyğun xronoloji ardıcıllıqla təqdim edilməsi müəllifin ədəbi yaradıcılığının dinamikasını izləməyə imkan verir. 

***

Müəllifdən

Hörmətli oxucu!

İlk səhifəsini açdığınız bu kitabda bir yerə topladığım yazıları öz ömrümün ən qiymətli sərvəti sayıram. Onlar müxtəlif illərdə yaradılaraq müxtəlif qəzet-jurnallarda, efirdə-ekranda, kitablarda yayılan ədəbi-bədii nümunələrdən seçmələrdir. İstədim ki, hamısı bir yerdə toplu şəklində qarşınıza gələrək onları yaradan imzanın qismən də olsa dolğun obrazını yaratsın.

Həyatda mənim heç vaxt bol maddi nemətlərə zəhmətsiz çıxışım olmayıb. Müqəddəs saydığım, adını yaşatmağa çalışdığım və örnək bildiyim Atam mənim üçün yalnız bol mənəvi nemətlərə, sonsuz fikir-düşüncə dəryasına, zəngin duyğu və idrak xəzinəsinə çıxış yolu açıb.  Qarşınıza gətirdiyim bu kitaba da həmin həyat yolunun əlamətləri hopub. Burada həm də hamımızın birgə yaşadığımız son yüzilliyin elmi-bədii inikası, fikir-düşüncə, duyğu və amal  təzahürləri var. Ən əsası - bu topluda  Böyük Yaradanın nəfəs verdiyi əbədi Söz ağacından imkanımca bəhrələnə bildiyim bar-bərəkət nişanəsi var...

İllər boyu sadədən mürəkkəbə doğru yarandıqca "yaxasından yapışıb vərəqə saldığım" fikir-düşüncələrimin, yazıb-yığdığım qələm nümunələrinin öz mülahizəmə görə ən uğurlu  seçilmişlərini toplayıb küll halında dərc etməkdə məqsədim yaradıcı ömrümün böyük bir mərhələsinə yekun vurmaqla yanaşı, həm də onların tək mənə yox, təmsil etdiyim bu Xalqa, vicdanla xudmətində durduğum bu Vətənə, doğulub-böyüdüyüm bu qeyri-adi Yurda və əlbəttə ki, bu ölkənin ən dəyərli neməti olan Oxuculara mənsub olduğunu bildirməkdir. 

Bilənlər bilir, ötən illər ərzində mən paralel olaraq müxtəlif sahələrdə yaradıcılıq fəaliyyətində olmuşam, daim işləmişəm, faydalı əməklə məşğul olmağa çalışmışam. Kinoda, Radioda, Televiziyada, Mətbuatda, Elmi-Pedaqoji sahədə, Dövlət qulluğunda...

Əlbəttə, çevrədə hamının ruhunu və zövqünü oxşamaq mümkün deyil. Olsun ki, kimlərsə fərqli düşünər, nələrisə fərqli qəbul edər, yazılanlara-yaradılanlara fərqli baxar... Bunlar olub və olur. Ancaq Tanrının nəfəs verdiyi, "Ol" deyib qurduğu bu tənha dünyada tək-tənha yaşayan bəşəriyyətin də öz qayda-qanunları var, öz mizan-tərəzisi, sarsılmaz nizamı, dəqiq və çox da səlis məntiqi var. O şey ki, Yaradanın verdiyi nəfəslə qızına, o yaradıcı ruh ki, Tanrını istəyincə alovlana, elə yaradıcı əməyin məhsulu əbədi var olar, onu kimsə yox edə bilməz, onu nə məhv etmək, nə inkar etmək olmaz. Çünki Uca Yaradanın xəyal verib ruhlandırdığı yaradıcı insana üstəlik vəhy də verib yazdırdığı həqiqət Sözünün mayası elə o külli-aləmin əbədi Həqiqət nüvəsindən pay alıb gələr.

Tanrının Həqiqəti əlbəttə fərdlərin arzusundan, bəndələrin əməlindən asılı olmayaraq var olar və qalar.

dekabr 2018.

***

YARADAN

(Esse)

"Tanrı istəməsə yarpaq düşməzmiş,

Tanrı istəməsə insan ölməzmiş..."

...İnsan Kitablarla baş-başa idi. Hamısını bir-bir oxuyub başa çıxırdı. Çox sirlərdən agah olurdu. Çox mətləbləri anlayır, dərk edib bilirdi ki, nə olur-olsun, bu yer, bu göy, bu kainat İlahi bir Qüdrətin nizamına tabedir. Mizan-tərəzisi var aləmin. Ölçü-biçisi, səliqə-sahmanı, dəqiq və səlis məntiqə tabe olan düzümü var bu dünyanın. Dərk edirdi və o da inanırdı buna.

Çünki yaşadıqca görürdi ki: "Bir yandan boşalır, bir yandan dolur, Sirrini verməyir sirdaşa dünya..." 

İnsan çox oxuduqca bu düzümü daha çox görə bilirdi - daim boşalan dolur, dolan boşalır. İtən itmir, şəkil itir, dəyişir, özək qalır. Həqiqət yox olmur, gedir - qayıdır, nazilir - üzülmür, üstü örtüür - ölmür, gizlədilir - amma yenə var olur. İblis öz qara əbası ilə onu nə qədər örtməyə çalışsa da - Haqq dərgahında mütləq həqiqət üzə çıxır. Haqqın divanı ədalətin nizamına uyğun qurulur. Yalanlar həqiqətin parıltısında itib-batır, yox olur...    

İnsan bunları düşünürdü və dərk edirdi ki: niyyətin saf, nəfsin toxdursa, Tanrı da səninlədir. Niyyətin pis, nəfsin qulusansa - içinə şeytanlar doluşacaq, dincliyin pozulacaq.    

Kamil İnsan artıq bilirdi ki: şərdən, pislikdən, bədlikdən, həsəddən nə qədər uzaq dursa, Tanrıya bir o qədər yaxın olar. Tanrı sevimli bəndəsi kimi onu bir o qədər çox hifz edər.   

Əlbəttə, lənət Şeytana! 

Başının üstündə Tanrı tanıyan, qəlbində ədalət yuva quran adama zaval yoxdur bu dünyada. Buna inandı İnsan! Və həm də ona inandı ki - oxuduğu bütün müqəddəs Kitabların hamısı bir məkandan gəlir. Ordan. Yuxarılardan paylanır. Tanrı pıçıltısı üstündə gəlir...    

***

İnsanın dünyaya göz açdığı andan gördüyü, duyduğu, dəydiyi nələr varsa - Yerdən göyə qədər təbii var olanlar - hamısı yaradılmışdır və bu yaradılanların əlbəttə bir Yaradanı var.

Heçlikdən heç nə yaranmır. Heç nə heçliyə varmır.   

Xırda qarışqadan nəhəng filə qədər, tər qönçədən qoca kötüyə qədər, sonsuz səhradan dibsiz dəryaya qədər, dərin dərədən uca dağlara qədər, bərk daşdan yumşaq torpağa qədər, cəmi canlılardan cismi cansızlara qədər - bütün yaradılanları Yaradan yaradır.  

Tanrı yeri-göyü, külli aləmi yaradıb. İnsanı yaradıb. Can verib, cism verib. Nəfəs verib. Ruh verib. Tanrı timsalı Yaradıcı bir ruh.   

Böyüyüb kamala dolduqca, yetginləşib idraka çatdıqca Tanrıdan süzülüb canına hopan  fikir, düşüncə, duyğu payı üstündə özü də nələrsə qurur, yaradır, yaşadır İnsan. Kəşf edir, ixtira edir, düsturlar açır, məchullar araşdırır... Rəsm çəkir, nəsr yazır, mahnı qoşur, poeziya yaradır,  oxuyur, oynayır, çalır, çalışır, qurur, tikir, yaradır, yaradır, yaradır... İnsan!   

Yaratmaya bilməz, yaratmadan yaşamaz İnsan. Çünki cismində, canında Yaradandan, uca  Tanrıdan gəlmə bir yaradıcı ruh payı var onun. İnsan bunu da bildi, öyrəndi, dərk etdi, inandı.

Gözünü dünyaya açandan gördüyü Tanrının dağı, daşı, ağacı, gölü, çəməni, meşəsi, torpağı,  səması, ayı, ulduzu, günəşi ilə yanaşı, İnsan da evlər, bağlar, bağçalar, maşınlar, mexanizmlər yaratdı... Kitablar, filmlər, şəkillər, heykəllər yaratdı... Həm maddi, həm mənəvi dəyərlər yaradıcısı oldu İnsan. Tanrının yaratdığı gen dünyada İnsan da özünə balaca bir dünya yaratdı. Öz dünyasını.

Bu gen dünyada onun özünün balaca dünyası olmasaydı yaşayamazdı İnsan. Qüssədən qəhr olardı, sıxıntıdan məhv olardı, mənasızlıqdan vəhşi qurda-quşa çevrilərdi. 

Olmadı, çevrilmədi, özü oldu, dikəldi. Yaratdıqları ilə dikəldi. Yaradıcılığı ilə dinclik tapdı, rahat oldu, yarada-yarada ucaldı İnsan.  

Axı, bu gen dünyada sıxıntısız-üzüntüsüz yaşaya bilməsi, var olması üçün ruh vermişdi ona Ulu Tanrı, şüur bəxş eləmidşi və özü timsalı yaratmaq eşqi doldurmuşdu onun canına böyük Yaradan.    

İnsanın yaratdığı qurma dünya da eynən Tanrının yaratdığı təbii aləm kimi gözəldir, mənalıdır, maraqlıdır. Onun da öz ölçüsü-biçisi, səlisliyi, sahmanı, dəyəri var. 

Bütün bunları bilməyənə, duymayana, dərk etməyənə yazıqlar olsun!

***

........... 

Əsərlər - ilbəil xronoloji ardıcıllıqla verilir

..................

                           

                                                                       Yazıya pozu

Ömrüm boyu yazı yazdım.

Çox yazdım.

Həm bədii, həm sənədli, həm publisitik, həm rəsmi... 

Qələm əlimdən düşmədi. Çörəyim qələmdən çıxdı.

Öz yazılarımla yanaşı özgə yazıları da gəldi keçdi önümdən.

Baş redaktor kimi əlimin altından yüzlərlə yazılı vərəq keçdi.

Çox redaktələr etdim, çox yazıları sahmana saldım, görkəm-düzən verdim.

Çox müəllifin məqaləsi, ssenarisi, kitabı mənim qələmimlə səhvlərdən qurtulub çapa getdi, işıq üzü gördü. Hamısını halal etdim təbii.

Tək bircə yazıya istəyimcə düzən verə bilmədim.

Tək bircə yazının önündə çarəsiz qaldım.

Nə pozmaq oldu, nə təshih vermək, nə redaktə etmək.

Yazan onu necə yazmışdısa, eləcə də oxundu getdi.

Nə illah elədim, yazıldığı kimi oxundu - o Yazını Tanrı yazmışdı.

Yaradanın göndərdiyi Ömür Kitabım idi o!

Məndən öncə alnıma yazılmışdı...   

Bütün yazılanları redaktə edib istədiyim hala sala bildim, bütün yazıları pozub təzədən yaza bildim. Tək bircə Alın Yazısından başqa!

Alın yazıları redaktəyə gəlməzmiş, səhv saydığın düzəlməzmiş.

Onu oxumağa, ona əməl etməyə, onun sətirləri ilə getməyə məcbursanmış...

Ömür Kitabım necə gəlmişdisə, elə də yaşandı.

Alın Yazım nə cürə cızılmışdısa, o cürə də qaldı...

Kitabları, məqalələri, ssenariləri İnsan yazır, İnsan pozur.

Ömür Kitabını, Alın Yazısını isə Yaradan yazır, Yaradan da poza bilər.

İnsana qalan bir cümlə olur: 

"Yaradana şükr!"

2018

~~~~~~~~~~~~~~~~~~~~~

                                                                Akif  ƏLİ. Yaradıcılıq yolu

ƏLİ Akif  Əli oğlu - 22 fevral 1952-ci ildə Azərbaycanın Şuşa şəhərində doğulub.

Atası - hüquqşünas Əli Məhərrəmov (1924-1977) uzun illər respublikanın prokurorluq və məhkəmə sistemində çalışıb, Azərbaycan Respublikası Ali Məhkəməsinin üzvü olub. Anası - Şəhla Abbas qızı evdar qadın olub. 

Akif  ƏLİ  Bakı şəhəri 16 №-li orta məktəbi (1970), M.F.Axundov adına Azərbaycan Dövlət Rus dili və Ədəbiyyatı İnstitutunu (1974), Bakı Ali Partiya Məktəbini (1989) fərqlənmə diplomu ilə bitirib.  

Əmək fəaliyyətinə başlayarkən 1974-78 - ci illərdə "Таcикфилм", "Lenfilm" və "Азярбайcанфилм" кino-studiyalarında bir neçə bədii filmdə baş rollara çəkilib: - "Узун мцщарибядя гыса эюрцшляр"(Рцстям);  "Тцтяк сяси" (Тапдыг);  "Архадан вурулан зярбя" (Фазил мцяллим); "Яэяр биз бир йердяйикся"  (Мяммяд) və b.   

1978 - 87-ci illərdə Azərbaycan Dövlət Tele-Radio Verilişləri Komitəsində  çalışıb:

- Radionun "Satira və yumor" şöbəsinin müdiri işləyərkən (1981- 83) bir sıra populyar radio proqramlarının ("Сабащыныз хейир", "Молла Нясряддин", "Эцлцш ахшамы");

- Televiziyanın "Gənclər üçün proqramlar Baş redaksiyası"nın Baş redaktoru vəzifəsində işləyərkən isə (1983 - 87) populyar tele-proqramların ( "Зярифлик" İncəsənət toplusu,  "Айэцн" Qızlar üçün proqram,  "7 суал, 7 жаваб" Tеле-викторинасы, "Идрак" Elmi-kütləvi proqram,  "Тялябя дцнйасы",  "Чай, чай, чай!",  "Мяняви дцнйамыз"  вя s. ) - yaradıcısı, müəllifi, yaxud redaktoru olub.

Azərbaycan Jurnalistlər Birliyinin üzvü (1981), "Qızıl qələm" mükafatı laureatıdır.   

1990-cı ildə Azərbaycanda ilk müstəqil demokratik mətbu orqanlardan biri olan "Vətən səsi" qəzetinin yaradılmasında bilavasitə iştirak edib, 1991-93-cü illərdə həmin qəzetin Baş redaktoru olub.  

Eyni zamanda, elmi-pedaqoji fəaliyyətlə məşğul olaraq Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunda (indiki DİA) "Kulturologiya" kafedrasının müdiri (1992-94) işləyib;  Ali məktəbdə "Dünya mədəniyyətinin tarixi və nəzəriyyəsi", "Azərbaycan mədəniyyətinin tarixi" kurslarından mühazirələr oxuyub.

Filologiya üzrə Fəlsəfə doktorudur (1988), dosentdir (2000).

1994-cü il oktyabrın 10-dan Ulu öndər Heydər Əliyevin xeyir-duası ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin Mətbuat xidmətinin rəhbəri vəzifəsində çalışır.

2-ci dərəcə Dövlət müşaviridir  (Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 18 iyun 2012-ci il tarixli Sərəncamı).

"Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif edilib  (Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 27 iyun 2013-cü il tarixli Sərəncamı).

"Əməkdar Jurnalist" fəxri adına layiq görülüb  (Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 15 iyul 2015-ci il tarixli Sərəncamı). 

Mətbuatda müstəqillik uğrunda mübarizələr, demokratikləşmə  prosesləri, Ermənistanın Azərbaycana hərbi təcavüzü, qaçqın və məcburi köçkün soydaşlarımızın problemləri, Qarabağ həqiqətləri və digər aktual mövzularda 300-dən çox elmi-publisistik məqaləsi dərc edilib.

Çoxlu sayda kino-tele-radio ssenarilərinin, dram və nəsr əsərlərinin, həmçinin:  

Kitabların ("Эюзяллийин гядрини биляк"- 1984;  "Азярбайcанын мцасир киноактйорлары"- 1984 ; "Унудулмаз йоллар"- 1985 ; "Мящяббят тяраняляри"- 1989; "Гараэюз ойуну" - 1999 ; "М.Я.Сабирин сатира сяняткарлыьы" - 1999; "Юнcя - Вятяндир" - 2003, "Böyük ömrün anları"- 2004,  "İdrak" - 2007,  "Vətən mücadiləsi"-2011, "Azman" - 2013 və b.); 

- "Мозалан" satirik киносцjетляринин ("Зярбя"- 1983; "Цзр истяйирям"- 1985; "Тярсиня" -  1987; "Мцкафат"- 1988; "Гоншулар"- 1989; "Кресло"- 1989; "Щаcы Гара"- 1998 və s.);

- Tərcümə əsərlərinin (А.Gертсен - "Олмушлар, дцшцнcяляр", А.П.Чехов - Щекайяляр,  В.Майаковски - "Тахтабити", М.Зошшенко - "Нящс эцн",  J\Б.Молйер - "Мешшанын задяэанлыьы", Гримм гардашлары - "Бремен мусигичиляри", M.Takaxasi (Yaponiya) - "Kəpənək mövsümü", А.Солjенитсын - "Матрйонанын оcаьы", Mayk Gelprin (ABŞ) "Şam yanırdı və s.)  müəllifidir.

 - "Mədəniyyət" kanalında  "Zaman və Məkan" kulturoloji proqramın,

 - İctimai Televiziyada xaricdə yaşayan həmvətənlərimizə ünvanlanmış  "Vətənin səsi" verilişinin müəllifi və aparıcısı olmuşdur.

***    

***

Kitabın içindəkilər:

Ön Söz (Müəllifdən) ..............................................................................

Yaradan (esse) .............................................................................................

Fikirlər, düşüncələr, deyimlər..................................................................

1971- 1989

"İdrak" kitabından fraqmentlər..........................................................

Miniatürlər .......................................................................................

1982

"Molla Nəsrəddin" satirik radio-jurnalından fraqmentlər  ............................................

1983

S.S.R.İ., yaxud Sıravi Seyfullanın Rütbə İztirabları (məzhəkə)....................................

Kişilərə də azadlıq verin .....................................................................................................

Müasir iş üslubu ...................................................................................................................

"Vicdanlı adam"  .....................................................................................................................

Heyvanların şüuru varmı? (alimanə söhbət) - .....................................................................

Ədib Asiman Fırtınanın sərgüzəştləri ......................................................................................

İnsan və Balıq (qaravəlli) ........................................................................................................

1984

"Gözəlliyin qədrini bilək" (kitabdan fraqmentlər) ....................................

"Zəriflik". İncəsənət toplusu (Tele-ssenarilər):

"Üç  barmaq" (məzhəkə).....................................................................................................

Həyat çeşməsi (müəma) .....................................................................................................

1985

Ağ xalat  (məzhəkə) .......................................................................................................

1986

Buna kim inanar... (fantastik simfoniya) ........................................................................

Kənd  zəhmətkeşi ............................................................................................................

Cəsur  şahinlə müsahibə ..................................................................................................

Qabrovo, Qabrovo... (təəssüratlar) ......................................................................

1988

"M.Ə.Sabirin satira sənətkarlığı" (mонографийаdan fraqmentlr) -....................

Axirətdə sorğu-sual (pritça) ....................................................................

1989

Salnamə  .....................................................................................................................

Car ...................................................................................................................................

Bir Birlikdə ...............................................................................................................

Çaqqal oğlu çaqqal  .................................................................................................

Şübhəli  təmiz  adam ................................................................................................

İş necə  gedir ............................................................................................................

Bu da bir müəmma ................................................................................................

Şah və Təlxək (nağıl)...................................................................................................

"Özünütənqid günü"............................................................................................

1990

Maymaqlıq, yoxsa xəyanət - ....................................................................................

Təminat lazımdır ........................................................................................................

Vətən təhlükə qarşısında ............................................................................................

Ñюз fikirdir, Ñюз əqidədir ...............................................................................................

Təklif edirəm ...........................................................................................................................

"Dərəbəyliyizm" ...............................................................................................................

Tülkü ...........................................................................................................................

Peşəkar aktyorun Açıq məktubu .................................................................................

Hacı Qara ilə retro-müsahibə ..........................................................................................

"Ñàìâåë"ií  þâëàäëàðû (araşdırma) ................................................................................

Mənim fikrimcə  ..................................................................................................................

Ñåðýåé Kîñòðèêîâ êèìäèð ? ...............................................................................................

1991

İsgəndərlər (rəvayət) ..................................................................................    

Peyğəmbərin  cavabı (rəvayət) ............................................................................   

Bakıdan Şuşaya səyahət ................................................................................................

Milli dirçəlişimizin beşiyi başında ..............................................................................

Əsrə bərabər üç gün ................................................................................................

Saray çevrilişinin salnaməsi ................................................................................

Azərbaycan, 19-29 avqust .....................................................................................

Türkiyə: təəssüratlar, təzadlar ........................................................................................

Viza  ........................................................................................................................

Yamaq ................................................................................................................

Mikoyanın xəstəliyi ....................................................................................................

"Vətən səsi" qəzetinin səhifələrində.  "Öncə - Vətəndir" .........................................

Didərginlik dərdi...  -.................................................................................................

1992

"Vətən səsi" qəzetinin səhifələrindən. Müsibətli günlərimiz.....................................

Вятяня Ататцрк gярякдир. Vətən təhlükədədir -  .........................................................  

Amalımız - Vətəndir ..................................................................................................

20 Yanvar. Milli matəm günü .......................................................................................  

Ruhunuz şad olsun, Şəhidlər! (äöøöíжÿëÿр) ............................................................

Qara Yumor ..................................................................................................................

Bu zəngin ölkənin dərdi ...............................................................................................

Oxucuların xeyir-duası ilə ..........................................................................................

Ağıl hardadır? ..............................................................................................................

"Həyat"ın    gopgopuna   cavab .....................................................................................

Ərazisində müharibə gedən ölkə ................................................................................

Yеня дя: щяр шей жябщя цчцн, щяр шей гялябя цчцн! ............................................

Tariximizin məsul dövrü ......................................................................................

Tərlan oylağında sar ola bilməz .............................................................................

Azərbaycan KP MK-dan reportaj (pamflet) ..................................................................  

Дярди  bир dоьмалар .....................................................................................................

Belə zarafat olmaz, bəylər! ............................................................................................

Òöðê döíéàñû ..............................................................................................................

İnsan .......................................................................................................................

Бюйцк bяла......................................................................................

"İrəvanda xan qalmadı" ..............................................................................................

Ter-Petrosyana şükür deyəcəyik .............................................................................

Éåíè Òàðèõè dþâð ......................................................................................................

Azərbaycan Respublikasının Prezidenti Ə. Elçibəyə Müraciət .........................................

1993

Boz Qurdlar - heysiyyata hörmət tələb edir .........................................................................

Vətən qarşısında şərəfli ........................................................................................................

Don Kixotluq aqibəti .......................................................................................................

Axmaqlığın tərifi ..................................................................................................................

Bizi hara sürükləyirlər ......................................................................................................

Məkr və Məhəbbət ...............................................................................................................

Bu müəmmalı məmləkətdə ...............................................................................................

Şpionların etirazı (pamflet) ....................................................................................................

"Siyasi mədəniyyət ona görə aşağı düşmüşdür ki..." ........................................................

Mədəniyyət və Siyasət ................................................................................................

Müstəqillik, yoxsa məsuliyyətsizlik ..................................................................................

Vətənin ağır günləri vətəndaş birliyinə səsləyir .................................................................

Vəhşət  ............................................................................................................................

1994

İki qardaş ölkə və bir doğma xalq ...............................................................................  

Unutmağa  haqqımız  yox! .........................................................................................

Ax-Vax... -................................................................................................................

"Tarixi qüdrətimizi qaytaraq"  ..............................................................................

Dövlət ideologiyası labüddür ................................................................................................

Al - Ver ..................................................................................................................

Qorxu .............................................................................................................................

Hər oxuyan Molla Pənah olarmış... ...........................................................................  

Görməmişin ölümü ..........................................................................................

İnstituta qəbul imtahanı vermək nə deməkdir? ................................................................

Mədəni adamların dərdi ................................................................................................

Mədəni müdir ...........................................................................................................

"Nekroloqvari" ............................................................................................................

Niyə salam verir?.............................................................................................................

"Qırmızı manat" fabrikinin ümumi yığıncağında ...........................................................

1995

Dövlət və Mədəniyyət ..........................................................................................................   

Àìàíñûçëûüà aìàíñûç oëìàëû ..........................................................................................

Antey qüdrətli Adam ..........................................................................................................

1996

Ким  iтириб, kим qазаныб (Бир коммунистя жаваб)...................................................

Heyf sənə, Aydın Cumayev... ........ ..........................................................................

Tanrı vergisi ................................................................................................................

1998

Сабир бизя няляри дейирди?! ..............................................................................................

2001

İntibah (esse) ................................................................................................................

2002

Can sağlığı (düşüncələr) ............................................................................................

2003

Ötəri tənqid...............................................................................................................

Əsl insan haqqında povest ................................................................................................... 

Jurnalиstиn peшя etиkasına daиr dцшцncяlяr  ........................................................................... 

Тарихин sечдийини - Халг dа sечир  .......................................................................................

2004

Ədəbiyyat haqqında düşüncələr... - ...............................................................................

Mənəvi terror sifarişləri ........................................................................................................................

1992-ci ilin rüsvayçı "yaş senzi"...............................................................

"Böyük ömrün anları" ..................................................................................................

2005

Mətbuatımızın bəzi məsələlərinə dair ..................................................................................

Dahilər heç zaman qocalmır... - ..........................................................................................

Mяmurluq şяrяfи...................................................................................................................

Tərlan oylağında sar oldu, şair... (Birinci yazı) .....................................................................

2006

Dövlət qulluğu - şərəfli işdir ...........................................................................................

"Üçüncü  yazı" (fraqmentlər).....................................................................................     

2007

Bir dəmdəməkiyə sabiranə cavab (həcv).............. ......................................................

"Dumanlı dağlar" (kino-pritça).................................................................................

Şuşada eşşək otaran  erməniyə tragikomik müraciət...................................................     

2008

Kərbəla olayları ...............................................................................................................

Kim nəyə gülür.............................................................................................................

Mədəniyyət toxumu səpən "Əkinçi" ...............................................................................    

Səkkiz milyonuncu dahi şair haqqında ballada ..............................................................  

Tanrının sirrinə müdaxilə?  ............................................................................................

Molla Nəsrəddin bizimdir (kino-rəvayət) ........................................................................  

2009

O sözləri bizim atalar deməyib............................................................................................

2010

Vətən mücadiləsi.................................................................................................................

Ağır daşlar altında  (patetik fantaziya) .................................................................................

Elementar etiket  (esse) .........................................................................................................

Ana və Oğul  (pritça) ...........................................................................................................

2011

Robot-Adam (fantasmaqoriya) .........................................................................................

Eşşəyin etiraz etməkliyi ...................................................................................

2013

Azman və ya "Sən mənim dözümümü görəcəksən" (fraqmentlər) ............................   

2014

Məzəli Market (məzhəkə) ......................................................................................

Tərlan oylağında sar oldu, şair... (ikinci yazı) ...................................................................  

2016

Adi faşizm  .............................................................................................................

Bu kino ki var... ......................................................................................................

Etiket  ........................................................................................................................

"Ölülər"in əbədi həyatı ..............................................................................................

Multikulturalizm - alternativi olmayan həyat tərzi .....................................................

Peşə etikası  .................................................................................................................

Qarabağda mədəni irsin talan edilməsi bəşər mədəniyyətinə qarşı cinayətdir ...........

2018

"Bakinetsin" məşhurlaşmağı... .........................................................................................

Nə qədər ayıb! .....................................................................................................................

Zirvədən zirvəyə gedən şərəfli yollar .......................................................................

Yazıya pozu ...........................................................................................................................  

Akif Əli. Ömür yolu..........................................................................................................

Əsərləri.............................................................................................................................

Biblioqrafik məlumat........................................................................................................

Kitabın içindəkilər...............................................................................................................

Akif ƏLİ

Y A R A D A N

( S e ç i l m i ş l ə r )

Bakı-2019

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR