Uydurma xəritələr toplusu və yaxud hay-daşnak saxtakarlığının yeni nümunəsi (1-ci məqalə)

Rusiya və Yeni Naxçıvan üzrə Erməni Apostol Müqəddəs kilsəsinin eparxiyasının başçısı Ezras Nersisyanın təşəbbüsü ilə saxta  "Ermənistan dünya kartoqrafiyasında" adlı toplu 2005 və 2015-ci illərdə nəşr edilmişdir.

Qısa arayış:  Ezras Nersisyan - əsil adı  Mkrtiç Qarnikoviç  Nersisyan 1959-cu ildə Qərbi Azərbaycanda, Üçkilsə mahalında doğulub, 1980-1984-cü illərdə Eçmiəzdin katalikosluğunun Qevorqyan Ruhani seminariyasında təhsil alıb. 1986-1988-ci illərdə Sankt-Peterburq Ruhani Akademiyasının aspiranturasında oxuyub, 2000-ci ildə Eçmiəzdin monastrında  "Sankt-Peterbuq erməni icmasının tarixi" mövzusunda   dissertasiya müdafiə edərək  "arximandrit" dərəcəsi alıb. 2002-ci ildən Rusiya Federasiyasının Prezidenti yanında  "Dini icmaların qarşılıqlı əlaqəsi" Şurasının üzvüdür. Dünya ermənilərinin baş patriarxı və katalikosu (sayca  132-ci), erməni apostol kilsəsinin başçısı II Qareqin adlı  Ktriç Qriqoryeviç Nersisyanın  (1965) qardaşıdır.

Hayların uydurma soyqırımına həsr edilmiş bu toplu milli xeyriyyəçi, "müqəddəs maarifçi Qriqori" ordeni ilə təltif edilmiş Vartan Vartanovun yardımı, Ruben Qalçyanın müəllifliyi və II Qareqinin xeyir-duası ilə işıq üzü görüb:

"Əsər soyqırım nəticəsində Vandan mühacirət etmiş erməninin haqq-ədalət uğrunda etirazı və tələbidir. Bu əsərlə hörmətli müəllif çoxəsrlik Ermənistan tarixinə dair təkzibedilməz faktları bütün sivil dünyaya, eləcə də tarixi həqiqətləri inkar edən Türkiyə və Azərbaycana təqdim edir."

Amma, əksinə, tarixi həqiqətləri inkar etməmək üçün ermənilərin baş keşişi  II Qareginin nəzərdə tutduğu "təkzibedilməz faktlar"  bizlər tərəfindən yox, milli mənsubiyyətlərinə görə onlara doğma olan, həvəslə dövriyyəyə daxil etdikləri "xristian kartoqrafiyası" termini altında birləşən yunan-roma-rus alimlərinin, tədqiqatçılarının, səyyahlarının və xəritəşünaslarının mülahizələri ilə yalan, uydurma və məkrli məqsədlər üçün ortaya artıldığı sübut edilir.

Bu sübutlar üçün adı çəkilən nəşrdə  göstərilən xəritələri ardıcıllıqla təhlil etmək kifayətdir.

Kitabda verilən materialların sistemli, ardıcıllıqla nəzərdən keçirilməsi dövrlərlə aşağıdakı qaydada aparılmışdır:

- eramızdan əvvəl VI əsrdən eramızın V-VI əsrlərinədək işlənilmiş xəritələr üzə;

- VII-VIII əsrlərdən  XIV-XV əsrlərədək (Böyük Coğrafi kəşflərədək) olan təsfirlərə əsasən;

- XVI-XX əsrlərə aid xəritə materiallarına görə;

Bir  cəhəti də vurğulamaq zəruridir ki, bu xəritələrin yerləşdirilməsi  prinsirləri sırasında müəllif tərəfindən    daha çox  "xristian  xəritəçiliyi"nə  istinad edilmiş, yeganə  "xristian şərq ölkəsi kimi"   "Ermənistanın təbii-coğrafi  və tarixi şəraitinin  dolğun təsviri verilmiş" xəritələrdən (kitabda 127 xəritə və 40 izahedici əlavə verilib) istifadə edilmişdir.

Haşiyə: 2017-ci ilin oktyabr ayının son ongünlüyündə Latviya Milli kitabxanasında Ermənistanın qədim xəritələrinin sərgisi keçirilmişdir. Bu sərgi Vilnüs şəhərindən sonra Riqa şəhərində baş tutub. Son dayanacaq noyabr ayında Estoniya Respublikasının paytaxtı Tallin şəhəri olub. Sərgi Latviya erməni icmasının, Baltikyanı ölkələrdə erməni apostol kilsəsinin və səfirliklərinin yardımı və dəstəyi ilə təşkil edilmiş, keşiş  Xosrov Stepanyan isə  uzun nitq ilə çıxış etmişdir.

Baltikyanı ölkələrə kimi bu cür toplantılar Böyük Britaniyada, AFR-da, Avstriyada, Rumıniyada, İsraildə, Misir Ərəb Respublikasında və başqa ölkələrdə də baş tutub. 

Yuxarıda qeyd etdiyimiz kimi, eramızdan əvvəlki dövrlərə aid əski kartoqrafik  təsvirlər sırasında müəllif daha çox Böyük Britaniya muzeylərində və London şəhər kitabxanalarında saxlanılan, eləcə də şəxsi kolleksiya nümunələri kimi qorunan xəritələrə müraciət etməyi üstün tutmuşdur.

Onlardan biri də məşhur Britaniya muzeyindəki  Babil gil lövhəsidir  (artefakt, e.ə. VI əsrə aid). Bu nümunəyə əsasən müəllif iddia edir ki, Şərqdə ancaq iki dövlətin (İran və Ermənistan (Urartu)) yaşı 2600 ildən çoxdur. Dairəvi gil lövhənin təsvirini, mixi əlifbası ilə yazını  "açan" yazar  əminliklə lövhənin mərkəzində Babilin, əhatəsində isə Assuriya və Ermənistan ərazilərinin  təsviri olduğunu "sübut edir", Fərat çayının Ermənistan dağlarından başlayaraq Babili keçib İran körfəzinə töküldüyünü bildirir. Dairəvi  təsvirin kənarında 7 ada, quru parçası təsvir edilib. Eramızdan əvvəl VI əsrdə Babildə yaşayan və gil lövhəni tərtib edən  həmin  "xəritəşünas" görünür hay mənşəli olub ki, daha çox  "Ermənistan ərazisinin" təsvirinə üstünlük verib. Belə olmasaydı, həmin dövrdə və həmin ərazilrədə, Aralıq dənizinin şərq sahillərindəki qüdrətli  Finikiya (indiki Livan və Suriya ərazilərini əhatə edib, e.ə. XIII əsrdə yaranıb, 3300 ildən çox yaşı olub) və Fələstin dövlətlərini, e.ə. II-I minilliklərdə Mesopotamiyada mövcud olmuş şəhər-dövlətlərinin (Şumer (Kiş), Ur, Uruk, Erdu, Laqas və başqalarının) də adını çəkər və ya təsvirini verərdi. Axı, Aralıq dənizinin şərq sahillərinə, İran və İkiçayarasına (Mesopotamiyaya) səfərlər etmiş, bu  yerlərin və dövlətlərin tarixi-coğrafiyası barədə əsərlər yazmış, xəritələr çəkmiş qədim yunan alimləri Homer (e.ə. VIII əsr),   Herodot (e.ə. 484-426), Strabon (e.ə. 64-50-b.e.24-20) nədənsə  erməni toponimi və adı haqqında qeydlərini etməmişlər. Hətta qüdrətli yunan-roma imperatoru I Yustinian (483-565) Palmira şəhərini (indiki Suriya ərazisində) qədim Finikiya dövlətinə aid etmişdir. Həmin  hökmdarın hakimiyyəti illərində tərtib edilmiş xəritədə Sasanilər dövlətinin ərazisində Bizans dövləti ilə sərhəddə, Van gölü yerləşən hissədə, Şərqi Tavr dağlarının yerində  "Ermənistan" sözü yazılmış (bunu izahı aşağılda veriləcəkdir), Xəzər dənizi və onun qərb əraziləri torpaqlarının Albaniyaya aid olduğu göstərilmişdir. Bir cəhət də maraqlıdır ki, eramızın I əsrində Strabon tərəfindən tərtib edilmiş xəritədə Şərqi Tavr dağlarının Hindquş dağlarına qədər uzandığı göstərilmiş,  amma "Ermənistan"  sözü yazılmamışdır.

Qədim dünyanın məşhur səyyahı və coğrafiyaşünası, "Tarixin atası" adlandırılan Herodotun "Tarix" əsərində səyahət etdiyi bütün ölkələri və coğrafi əraziləri (Misir, Finikiya, Fələstin, Sutiya, Həbəşistan, Liviya, Ərəbistan  yarımadası, Assuriya, Babil dövləti, İran, Xəzər dənizinin qərb və şərq sahilləri, Qara və Azov  dənizi çöllərini, Skiflərin ölkəsini, Dnepr və Don çaylarını, Kiçik Asiya yarımadasını, Frakiyanı) təsvir etsə də, həmin yerlərin təbiəti və əhalisi haqqında ətraflı və qiymətli məlumatlar versə də, nədənsə o da "Ermənistan", "erməni" sözünü  xəritəsində və  əsərində yad etməmişdir. 

"Tarixin atası" ermənilərin morfogenetik və etnik mənşəyi barədə (III - 93; V-49) kitabında qeyd edir ki, onlar frakiya qəbilələrindən (Balkan yarımadasının cənub-şərqində yaşamışlar) Asiyaya, Kilikiya hövzəsinə köç edən qəbilə-tayfalardandır. Məskunlaşdıqları  yerdə (Bizans və İran dövlətlərinin sərhədləri  arasında) yerli, aborigen əhali ilə (əsasən ərəblərin "armini" qəbilələri ilə) qaynayıb-qarışmış, azsaylı olduqları üçün assimlyasiya olunaraq onların adı altında qalmışlar. Onların digər tayfa-qəbilə üzvləri isə  əsasən silahlı friqiyalılara daxil olmuşdur, hətta onların döyüşçü rəhbərlərindən biri İran hökmdarı  Daranın qızı ilə evlənmişdir  (VII-73).

Ona görə də, antik dövrə aid xəritə-sxem-kartoqrafik təsvir vasitələrində bəzi hallarda  "Armenia" sözünün yazılması indiki ermənilərlə heç bir bağlılığı yoxdur, bu termin ərəb mənşəli  Armini tayfa-qəbilə-ittifaq qurumu adının ifadəsidir. 

Məntiqə görə, mixi yazılarını oxumadan həmin ərazilərin  Finikiya və ya Fələstinə   aid olmasını da demək olar. Çünki, Finikiya dövləti kimi Fələstin də qədimliyi ilə Şərqin tarixi, qədim dövləti olub. Bu dövlətin ərazisi e.ə. II  minillikdə  həm də Fərat çayının yuxarı axarlarını əhatə edib. Əhalisi köçəri həyatdan oturaq həyata keçdiyi və əkinçiliyə başladığı ilk yerdir (təxminən  1100 il əvvəl). Burada eramızdan  800 il əvvəl dünyanın ən qədim şəhəri Apiha salınıb. Bu dövlətin ən qədim sakinləri (kənanilər)  4500 il qabaq Ərəbistan yarımadasından köşüb burada məskunlaşıblar.   Ona görə də nümunə kimi müəllifin əsaslandığı gil lövhədə Ermənistan ərazisinin təsvir edilməsi fərziyyəsi  tamamilə  elmi-nəzəri və kartoqrafik əsası olmayan uydurma  bir  tezisdir. Çünki e.ə. minilliklərdə və yüzilliklərdə Yaxın Şərqdə qüdrətli dövlət qurumları kimi  Babil və digər şəhər-dövlətləri ilə yanaşı Finikiya, Fələstin, İran dövlətləri, Tir, Sidon, Palmira şəhərləri mövcud olmuşdur ki, bu sırada uydurma Ermənistana  yer  (ehtiyac) olmamışdır. Amma, e.ə. V əsrdə yaşamış yunan səyyahı Herodotun  xəritəsini  "rekonstruksiya etmək" (bunu fəxrlə kitabda yazmaqla) ermənli mənşəli fransalı Zatik Xanzadyan  tərəfindən "yeni erməni kartoqrafik kəşfi kimi" onların xeyrinə işləmişdir. Belə ki, onun işlədiyi çertyoj əsasında  binəva  britaniyalı ingilis  Con  Merri  (XX əsrdə)  Herodotun  "yaddan çıxardığı Ermənistan" sözünü xəritəyə (7 guşəli) əlavə etmişdir. Bu yerdə deyiblər:

- Elçisi Gülüm olanın başına külüm olar.

Daha sonra, kitabın növbəti səhifələrində qondarma təxəyyülünə istinad mənbəyi kimi qədim yunan coğrafiyaşünası Klavdi  Ptolomeyin (e.ə.90 - b.e.168)  "Coğrafiyaya rəhbərlik" əsəri və onun xəritəsi qəbul edilib erməni müəllifi tərəfindən. O göstərir ki, bu mənbələr qərb kartoqrafları  üçün Ermənistan dövlətinin adının qeyd edilməsi üçün əsas ola bilər. Heç bir elmi-nəzəri və məntiqi təhlilə uyğun gəlməyən  "milli erməni" iddiasına görə  K.Ptolomeyin xəritəsində Ermənistan iki hissədə - Böyük və Kiçik Ermənistan halında- verilib və onun 160 şəhərinin adı qeyd edilib. Rusiya və Sovet  akademik, ali və elmi-tədqiqat mərkəzlərində, eləcə də kitabxanalarında saxlanılan arxiv mənbələrində K.Ptolomeyə məxsus həqiqi xəritələrin təsvirini oxucuların nəzərinə çatdırmaqla erməni müəllifinin  uydurmasının  tam yalan olduğunu sübut etmək o qədər də çətin deyil. Axı, o dövrlərdə heç qüdrətli Roma, Yunan, İran, Çin, Hind dövlətlərinin də ərazilərindəki 160 şəhərin adını nəinki kiçik, heç iri miqyaslı xəritələrdə də yazmaq mümkün olmazdı. Daha sonra, qədim dünyanın xəritələrinə əsasən uydurma təxəyyülə sahib olmaq erməni xislətinə və ağlına nə dərəcədə uyğundur, bu şübhə doğurmur. 

Tanıtma: Uydurma və saxta məlumatlar əsasında  xəritələr toplusu halında qondarma mülahizələr müəllifi  Ruben Qalçyan Cənubi Azərbaycanın Təbriz şəhərində doğulub, Tehran şəhərində orta məktəbi bitirib, Böyük Britaniyanın Birmingen şəhər Aston Universistetində mühəndis ixtisasına yiyələnib.1981-ci ildən etibarən  London şəhərində, Böyük Britaniyanın və digər Avropa ölkələrinin şəhərlərində kitabxana və muzeylərində saxlanılan kartoqrafiya materiallarının toplanması və tədqiqi ilə məşğuldur. İlk tədqiqat nəşri ingilis dilində London şəhərində "Ermənistanın tarixi xəritələri" adlı kitabı (VI-XXI əsrləri əhatə etməklə)  2004-cü ildə nəşr edilib. Sonra, 2005-ci ildə İrəvan şəhərində çap etdirdiyi kitab "Ermənistan dünya kartoqrafiyasında" adlanıb.  Ardınca,  2007-ci ildə "Cənubi Qafqaz ölkələri orta əsrlər xəritəsində. Ermənistan, Gürcüstan və Azərbaycan" (ingilis və erməni dillərində) kitabı ərsəyə gəlib.

Bu müəllifin həmçinin 2009-cu ildə ingiliscə "Tarixin mifləşdirilməsi" və 2013-cü ildə  isə "Azərbaycanın tarixi-coğrafi saxtakarlığı" adlı kitabları nəşr edilib.

Qismət  Yunusoğlu,

Bakı  Dövlət  Universitetinin müəllimi

(050.372.60.08.)

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR