Yunus Oğuzun daha bir kitabı Türkiyə türkcəsində

Yazıçı-publisist, tarixi romanlar müəllifi Yunus Oğuzun "Atabəy və Haşhaşilər" tarixi romanı Türkiyə türkcəsinə uyğunlaşdırılıb. "OLAYLAR"-ın xəbərinə görə, kitabı Türkiyə türkcəsinə uyğunlaşdıran qardaş ölkədə bu sahədə böyük təcrübəyə malik olan Hüseyin Adıgözəldir. Artıq kitab qardaş Türkiyədə satışa çıxarılıb.

Xatırladaq ki, kitab Azərbaycanda "Atabəy Eldəniz" adı ilə çap olunub.

Qeyd edək ki, müəllifin bundan əvvəl də "Şah arvadı və cadugər", "Sultan Alp Arslan" romanları da daxil olmaqla 12 kitabı Türkiyə türkcəsinə uyğunlaşdırılıb. Sözügedən kitablar, eləcə də "Atabəylər və Haşhaşilər" kitabının Türkiyədə yayını və satışı Bilgeoğuz Yayınlarına məxsusdur.

Məlumat üçün qeyd edək ki, "Atabəylər və Haşhaşilər" tarixi romanı Atabəy Eldəgizlər dövlətindən bəhs edir.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR