Gənc şair  "Next Stage Europe 3" festivalına dəvət aldı

Gənc şair Orxan Bahadırsoy Almaniyanın Höte adına Universitetinin Tiflis filialı tərəfindən "Next Stage Europe 3" festivalına təklif alıb. Sosial şəbəkə vaistəsi ilə oxucularını məlumatlandıran şair "Saçını satan aktrisa" adlı dram əsəri ilə festivala qatılmağa namizəd olduğunu  və əsərinin alman dilinə tərcümə olunduğunu bildirib. Əsər Höte adına Universitetin təyin etdiyi münsiflər heyəti tərəfindən dəyərləndirilib.

Qeyd edək ki, Orxan festivalda iştirak edəcək 12 gənc dramaturqdan biridir. Və Azərbaycan ilk dəfədir, bu festivala dəvət alır. Festivala qatılan 12 dramaturqun əsəri bir sıra Avropa ölkələrinin dillərinə tərcümə olunacaq, həmin ölkələrdə çap olunacaq və başda alman teatrları olmaqla bir neçə Avropa teatrlarında səhnələşdiriləcək.

OrxanBahadırsoyun oktaybr ayında Sankt-Peterburq şəhərində dramaturgiya seminarında  iştirakı gözlənilir.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR