Ermənistanda mavi yanacaqdan sonra elektrik enerjisi də bahalaşacaq
22 May 2013 16:24 İqtisadiyyatHesablamalara görə, Ermənistanda qazın qiymətinin artırılması elektrik enerjisinin orta hesabla 30 faiz bahalaşması ilə nəticələnəcək. Trend-in məlumatına görə, bu barədə Ermənistanın energetika və təbii resurslar naziri Armen Movsisyanın çıxışına istinadən "Armenianreport" saytı xəbər yayıb. Onun sözlərinə görə, elektrik enerjisinin maya dəyərində qazın tərkibi əhəmiyyətlidir və respublikada istehsal olunan elektrik enerjisinin 42 faizi İES-in payına düşdüyündən qiymətlərin artımı qaçılmazdır. Hazırda tənzimləyici orqan daha dəqiq hesablamalar aparır və son qiymət qazın qiymətinə ediləcək dəyişikliklər əsasında elan ediləcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31