3 il anasının cəsədiylə eyni evdə yaşadı – TÜKÜRPƏRDİCİ HADİSƏ

ABŞ-ın Teksas əyalətində 3 il anasının cəsədini evdə saxlayan qadın 20 il müddətdində azadlıqdan məhrum edildi.
Olaylar.az xəbər verir ki, adı açıqlanmayan 47 yaşlı qadın 71 yaşlı anasının cəsədini 3 il evdə saxlayıb. Məlumata görə, anası 2016-cı ildə yıxılaraq yaralanıb. Həyati təhlükəsi olmağına baxmayaraq qızı və nəvəsi tərəfindən heç bir köməklik almayan yaşlı qadın bir neçə gündən sonra həyatını itirib.
Hadisədən 3 il sonra tutulan qadına 15 yaşından kiçik uşaqla cəsədi eyni evdə saxlamasına görə 20 il həbs və 10 min dolar pul cəzası verilib.

Yeniavaz.com

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR