Şimali Koreya: Adamyeyənlər, aclıq, yoxsul uşaqlar, əsirlər ölkəsi - Qorxunc həqiqətlər

1953-cü ildə başa çatan savaşdan sonra Koreya Şimali və Cənubi Koreya olmaqla iki yerə bölündü. Cənubi Koreya savaşdan sonra texnologiya nəhənginə çevrilərək, dünyanın ən inkişaf etmiş ölkələrindən biri oldu. Şimali Koreya isə Cənubdan fərqli olaraq, özünü dünyadan təcrid edərək, böyük problemlərlə mübarizə aparmağa başladı.

Saç kəsimi siyasəti

Şimali Koreyada hər şeyə hökumət nəzarət edir, bura saç kəsimi də daxildir. Ölkədə ümumilikdə təsdiq edilmiş 28 saç stili var. Bu say kişilər üçün 10, qadınlar üçün 18-dir. Lakin 28 saç stili bir-birindən fərqli deyil. Əgər Şimali Koreyada kişisinizsə, saçınızı eyni formada kəsdirməlisiniz. Qadınlar isə heç vaxt saçlarını çiyinlərini keçəcək qədər uzatmırlar. Bu qaydanı pozan yeganə şəxs Kim Çen İndir. Bu qaydanın əsas səbəbi, diktator rejimi ilə idarə olunan ölkədə hamını eyniləşdirmək və fərqli görünməyə icazə verməməkdir.

Cəza qanunu

Əgər Şimali Koreyada cinayət işləmisinizsə, digər ölkələrlə müqayisədə bunun cəzası daha ağır olacaq. Ən pisi isə budur ki, cinayət törədən şəxs bu cəzanı ailəsi ilə birlikdə çəkir. Ağır cinayətlər törədən şəxslərin ailələri onunla birlikdə həbsxana və ağır əmək düşərgələrində işləməyə göndərilir.

Hannibalizm

Şimali Koreyada vətəndaşların ən böyük problem aclıqdır. Kənardan bu ölkəyə təklif edilən humanitar yardımların hamısı Kim Çen İn tərəfindən rədd edilir. Aclığın yol açdığı ən şokedici fakt isə ölkədə yayılan hannibalizmdir. Bütün dünyadan gizlədilən bu iddiaya görə, koreyalılar qidaya olan ehtiyaclarını insan əti ilə ödəyirlər. Yenə bir iddiaya görə, Şimali Koreyada azyaşlıların ələ keçirilərək kəsilərək ətinin satılması geniş yayılıb.

Təqvim

Şimali Koreyanın öz təqvimi var. "Yuçe" adlanan xüsusi bir təqvimdən istifadə edən ölkə tarixi hazırkı rejimin qurucusu olan Kim İr Senin doğum günündən hesablanır. 1997-ci ildə qüvvəyə minən təqvim qanununa görə, Şimali Koreyada hazırda 107-ci ildir.

Yoxsulluq

Şimali Koreyada hamı işləməyə məcbur edilir. İş seçmək imkanı olmayan vətəndaşlar ailələrinin nə qədər zəngin olmasına görə işə götürülür. Əgər siyasi sistemdə təmsil olunan yüksək vəzifəli şəxsin ailəsinin üzvüsünüzsə, yüksək gəlirli iş tapa bilərsiniz. Alt sinfin ailəsinin üzvüsünüzsə, ayda 2-3 dollar məvacibə işləməyə məcbur edilirsiniz.

Kasta sistemi

Şimali Koreyada "Sonqbun" adlanan kasta sistemi var. Bu sistemdə xalq Kim Çen İnə bağlılığına görə üç yerə bölünür. Ən yuxarı kastada ölkə əhalisinin 25 faizini təşkil edən hökumətə yaxın sinif dayanır. Buradakı insanlar ən yaxşı qidaları əldə edə, ən yaxşı işlərdə çalışa və ən yaxşı təhsili ala bilir. İkinci qrup isə əhalinin 55 faizini təşkil edir. Bu insanlar kiçik şəhərlərdə yoxsul həyat yaşayır. Əhalinin 20 faizini təşkil edən ən alt təbəqə isə ağır əmək düşərgələrində və ən pis işlərdə çalışan fəhlələrdir.

Uşaq fəhlələr

Son 20 ildə uşaqlar da işləməyə məcbur edilir. Bu uşaqlar elektrik enerjisi olmayan və su çatışmazlığı olan şəhərlərdə yaşayır, əsas iş yerləri isə su daşıma sektorudur.

Əsir düşərgələri

Hər nə qədər gizlədilsə də, Şimali Koreyanın izolyasiya edilmiş bölgələrində əsir düşərgələrinin olduğu deyilir. Bu düşərgələrdə müxalifətçilər və Xristian dininin təbliğatını aparan şəxslər saxlanılır, qeyri-insani bir şəraitdə işləməyə məcbur edilirlər.

teleqraf

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR