Savaşa yol açacaq gəlişmə: “Yaxında peşman olacaqlar” – İran hədələdi

İran İnqilab Keşikçiləri Korpusu (SEPAH) Aralıq dənizində İran tankerinin saxlanılmasına görə, ABŞ və İngiltərəyə cavab verib.

Olaylar.az  xəbər verir ki, SEPAH komandanının köməkçisi Əli Fədəvi bu addımın hər iki ölkəyə baha başa gələcəyini bildirib.

"Biz bu tankerləri icarəyə götürmüşük, ancaq yük daşımaq məqsədilə istifadə edirik. Onlar isə axmaq bir addım atdılar, qəti şəkildə bildirirəm ki, buna görə peşman olacaqlar. İran bu addıma çox yaxında cavab verəcək", - deyə Fədəvi vurğulayıb.

İngilis donanması keçən həftə Cəbəllütariq sahillərində Suriyaya neft daşıyan "Grace 1" adlı İran tankerini saxlayıb.

Cəbəllütariq İran tankerinin Avropa İttifaqının Suriyaya tətbiq etdiyi sanksiya qaydalarını pozduğu üçün saxlanıldığını açıqlayıb. Olaydan sonra İngiltərənin Tehrandakı səfiri Rob Makeyr İran Xarici İşlər Nazirliyinə çağırılıb.

Rəsmi Tehran səfirə "Bu addımın İngiltərə üçün xoşagəlməz nəticəsi"nin olacağı barədə xəbərdarlıq edib. Lakin buna baxmayaraq, Cəbəllütariq məhkəməsi İran tankerinin 14 gün sərbəst buraxılmayacağı barədə qərar verib.

teleqraf

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR