Toydan bir gün öncə NİŞANLISININ EVİNƏ GƏLDİ və...

Toya bir gün qala baş verən davada gəlin namizədi ağır yaralanıb.

Oxu24.com bildirir ki, hadisə Türkiyənin Bursa şəhərində baş verib. Bəyəndiyi gəlinliyi birlikdə götürmələri üçün toydan bir gün öncə 25 yaşlı gəlin namizədi nişanlısının evinə gəlib. Cütlük arasında toyda taxılacaq qızıllar üstündə dava düşüb. 32 yaşlı bəy namizədi qızı vanna otağına salıb, döyməyə başlayıb. Qızın huşunun itdiyini görən kimi isə dərhal təcili tibbi yardıma zəng edib. Xəxtəxanaya çatdırılan qızın vəziyyətinin ağır olduğu bildirilib.

Polisə ifadəsində 32 yaşlı gənc nişanlısının vanna otağında çimərkən huşunun itdiyi ifadəsini verib. Lakin gəncin boğazındakı cırmaq izləri polisin diqqətini çəkib. Araşdırma nəticəsində hadisəni gəncin törətdiyi ortaya çıxıb. Məhkəmənin qərarıyla nişanlısını ağır yaraladığı üçün gənc həbs olunub.
 

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR