Karen Mirzoyanın Dağlıq Qarabağın təmsilçisi təyin olunması... - Mübariz Əhmədoğlu

"Ermənistanın Baş naziri Nikol Paşinyan Karen Mirzoyanı xüsusi tapşırıqlar üzrə səfir təyin edib. Karen Mirzoyan Dağlıq Qarabağ mənşəli ermənidir, uzun müddət Ermənistan Xarici İşlər Nazirliyində işləyib, sonradan qondarma Dağlıq Qarabağa xarici  naziri göndərildi. Onun qondarma qurumun xarici işlər naziri  vəzifəsində hansısa bir ciddi uğuruna, səfərinə rast gəlməmişik. Karen Mirzoyandan qabaq bu vəzifəni Dağlıq Qarabağın əvvəlki rəhbərlərindən biri Arkadi Qukasyan tuturdu. A.Qukasyan görünür R.Köçəryanın müdafiəsində iştirak etdiyi üçün Baş nazir N.Paşinyanın qəzəbinə tuş gəlib və onu bu vəzifədən azad edərək Dağlıq Qarabağla əlaqəli məsələləri K.Mirzoyana tapşırdı." Bu sözləri "OLAYLAR"a politoloq Mübariz Əhmədoğlu  deyib:

"Karen Mirzoyan Dağlıq Qarabağın təmsilçisi rolunda çıxış edəcək. Vaşinqton görüşündə Azərbaycanın Dağlıq Qarabağ İcmasının rəhbərinin iştirakı ilə bağlı məlumat yayıldı. Görünür, ermənilər də buna cavab hazırlayırlar. Ermənilərin hazırladığı cavab Azərbaycan üçün xoşagəlməz vəziyyət yarada bilər. Azərbaycanın yanaşma tərzinə görə Tural Gəncəliyev Bako Saakyanın tərəf müqabilidir. Dağlıq Qarabağın azərbaycanlı icması Dağlıq Qarabağın erməni icmasına müqabildir və Dağlıq Qarabağın erməni icması da dedikdə bugünkü qondarma Dağlıq Qarabağ qurumu nəzərdə tutulur. Ermənilərin hiyləsinə görə guya Dağlıq Qarabağ erməniləri, Dağlıq Qarabağ azərbaycanlıları danışıqda iştirak edir və "Dağlıq Qarabağ Respublikasının" daxilində yaşamaq məsəllərini müzakirə edirlər.

İndi də Dağlıq Qarabağ kökənli hansısa bir şəxsi Azərbaycan Respublikası Prezidentinin Dağlıq Qarabağ danışıqları üzrə xüsusi nümayəndəsi, xüsusi səfiri təyin etmək mümkündür. Danışıqlarda Azərbaycanın xarici işlər naziri ilə yanaşı o da iştirak edə bilər."

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR